Yaxşılıq Etmək Çox Asandır!

0
2359
Yaxşılıq Etmək Çox Asandır!

Günün axırıncı dərsinin sonuna catmışdılar. Şagirdlər çıxmaq üçün tələsirdilər. Kitab və dəftərlərini çantalarına qoydular. Tənəffüs zəngi vurulan kimi çıxmaq üçün hazır idilər. Təkcə Əli hazırlaşmamışdı. Gecikmək üçün də əlindən gələni edirdi. Nəhayət zəng vuruldu. Şagirdlər bir anda hamısı qapıya tərəf getdilər. Əli, yerindən qalxmadı. Yavaş-yavaş əşyalarını yığdı. Bir tərəfdən müəllimə baxır, bir tərəfdən də dostlarının getməsini gözləyirdi.Müəllimi, onun bu vəziyyətini hiss etdi:

- Xeyir ola Əli, dedi. Evə getməyəcəksən?

Əli, axırıncı sinif yoldaşının da çıxdığını görüncə cavab verdi:
- Sizinlə danışmaq istəyirəm müəllim.
- Yaxşı, dedi müəllimi. Nə deyəcəksən görəsən?
- Əhməd dostumuz...
- Bəli, nə olub Əhmədə?
- Vəziyyətləri elə də yaxşı deyil deyəsən. Anası yemək çantasına elə də yaxşı yeməklər qoymur. 
- ?????
- Onlara kömək etmək istəyirəm. Amma mənim kömək etdiyimi bilərsə, çox pis olar. Gündə bir smit pulu yığıb hər həftə sizə versəm, siz də ona verərsiniz?
Cibindən bir ovuc xırda pul çıxarıb, müəllimin stolunun üzərində qoydu. Nurhan müəllim pula toxunmadı. Stulunda oturub düşündü. Əli haqqındakı məlumatlarını yoxladı. Bildiyi qədəriylə vəziyyəti elə də yaxşı deyildi. Bu çalışqan və sevimli şagirdi, nə qədər yaxşı düşüncəli və saf qəlbli biri idi. Varlı bir ailənin uşağı deyildi. Buna baxmayaraq kömək etmək istəyirdi. Əlavə olaraq kömək etdiyinin bilinməsini də istəmirdi.Nurhan müəllim:
- Dayan görüm Əli, dedi. Bildiyim qədəriylə sizin də maddi vəziyyətiniz çox da yaxşı deyil. Səhv bilirəm?
- Düz bilirsiniz müəllim. Atam gündəlik işlərdə işləyir. Çox vaxt da iş tapmır. Amma mən də işləyib pul qazanıram.
- Harda işləyirsən?
- Simit satıram.
Nurhan müəllim yenə də fikrə getdi. Yaxşılığın bu qədərinə nə deməli idi? Bunun reallaşması çətin idi. Şagirdini bu yoldan döndərmək üçün bir çarə tapmalı idi. Bunu edərkən, sevimli şagirdinin də qəlbini qırmamalı idi.Onunla biraz da danışsa, bəlkə bir yol tapardı. Nurhan müəllim, Əliyə çevrildi:
- Böyüyəndə nə olmaq istəyirsən, deyə soruşdu.
- Çox varlı bir iş adamı...
- Nə üçün?
- İnsanlara daha çox kömək etmək üçün...
- Gözəl, dedi Nurhan müəllim. Bax Əli, Əhmədin ailəsinin vəziyyəti elə də yaxşı deyil, bu düzdür. Amma sizinki də bundan  çox fərqli deyil. Tələsmə istəyirsən çox varlı olduğunvaxt insanlara kömək edərsən. Olmaz ki?
- Olmaz, dedi Əli. İndi etməliyəm. 
- Niyə olmaz?
- Üç səbəbdən ötrü olmaz.
 
Birincisi: Bu pul onsuzda mənim deyil. Yaxşılıq etdiyim üçün Allah məni insanlara sevimli göstərir. İnsanlar da bundan təsirlənir, daha çox simit alırlar. Bunun sayəsində bütün günü işləyənlərdən daha çox simit satıram. Hələ məhəlləmizdə Həsən əmi var, hər gün  iki simit alıb göyərçinlərə verir.
 
İkincisi: "Ağac yaş olarkən əyilir"deyirlər. İndidən yaxşılıq etməyi öyrənməsəm böyüyəndə heç etmərəm. İndi yaxşılıq etməyib bunu varlı olduğum günlərə təxirə salarsam, varlı olduğum günlərdə də daha varlı olacağım günlərə təxirə salar, özümü aldatmış olaram.
 
Üçüncüsü isə daha vacibdir: Böyüdüyüm zaman çox varlı bir iş adamı olmaq istəyirəm. Vaxtında investisiya etməyənlər (yatırım)  böyük iş adamı ola bilməzlər.
 
Nurhan müəllim, qarşısında böyük biri var imiş kimi dinləyirdi:
- Bu sonuncusunu elə də yaxşı başa düşmədim, dedi.
- Açıqlayıram müəllim, dedi Əli. İndi, çox varlı olmadığm üçün, ancaq gündə bir simit pulu qədər kömək edə bilirəm. Bundan artığını verə bilmərəm. Allah, Cənnəti gücü qədər yaxşılıq edənə verir. İndi gücüm bu olduğuna görə, Cənnətin qiyməti bir neçə simit pulu qədərdir.  Əgər varlı olmadan ölsəm bir neçə simit pulu ilə Cənnətə gedə bilərəm. Bundan daha xeyirli bir iş olarmi?
 
Nurhan müəllimin gözləri dolmuşdu. Başını "bəli" mənasında sallayarkən Əlini evinə yolladı. Sinifə geri qayıdarkən məktəbin boşaldığını gördü. Əşyalarını toplamaq üçün masasına qayıdan zaman Əlinin verdiyi pulların masanın üstündə qaldığını gördü. Qeyri-ixtiyari stuluna oturdu və pulları əlinə aldı. Heç bir pul ona bu qədər qiymətli gəlməmişdi. Sanki əlində dünyanın ən qiymətli incilərini, yaqutlarını, almazlarını tuturdu. Hətta bu pullar onlardan belə daha qiymətli idi. Bu pullar, bu xırda simit pulları Cənnəti satın ala biləcək pullar idi. Sanki heç buraxmaq istəməyən bir duyğu ilə sıxdı bu qəpikləri. Oturduğu yerdən qalxmadı Nurhan müəllim. İçinin dolduğunu, sözlə ifadə edilə bilməyəcək hisslərlə boğulduğunu hiss eydi. Birdən boşalan leysan yağışlar kimi ağlamağa başladı. Ağladı, ağladı, ağladı.
 
Özünə gələndə isə artıq axşam olmuşdu. Yavaş addımlarla sinifdən çıxıb məktəbdən ayrılarkən gözətçi Sadiq "Xırda qəpiklərlə cənnəti satın almaq, Xırda qəpiklərlə cənnəti satın almaq" deyə Nurhan müəllimin sayıqladığını eşitdi. Gözətçinin heyrətlər içində , "Nə dediniz müəllim?" deməsini belə eşitməyən Nurhan müəllim gözətçinin təəccüblü baxışları altında gecənin alaqaranlığına qarışmışdı.
 
Hekayəni bəyəndinizsə maddi vəziyyətiniz yaxşı deyilsə belə, iki dənə çörək alıb ətrafınızdakı bir kasıbın qapısına qoyun. Bir məktəbin qabağında biraz gözləyib yırtıq ayaqqabısı olan bir uşağa ayaqqabı alın. Maddi ehtiyacı olan bir qohumunuza kömək edin.  Yetər ki boş durmayın.Çörəyi paylaşmaq çörəyi yeməkdən daha ləzzətlidir.

Tərcümə edən: Cəlalə Yəhyalı

ŞƏRH YAZIN