Youtube Necə Yarandı.

0
1319
Youtube Necə Yarandı.

Stiv Çen və Çad Harley birlikdə dünyanın ən böyük saytlarından birinin -Youtube-nin yaradıcısıdılar.Youtube əsl global bir sensasiya idi.Saytın yaranmasından sonra Harley və Çeni  “Business 2.0” jurnalının “50 ən önəmli insan”ı siyahısında zirvəyə yüksəldilər. Youtube,həmçinin 2006-cı ildə TİME jurnalında “İlin ixtirası” seçildi.
Stiv Çen 1978-ci ilin avqustunda Tayvanda anadan olmuşdur və 8 yaşına kimi burada yaşamışdır. Ailəsi Amerikaya köçdükdən sonra o,Con Hersey adına  məktəbdə, daha sonra isə İMSA-da (İllinois Math and Science Academy) təhsil almışdır.Məktəbi bitirdikdən sonra Çen kompyuter elmləri sahəsini davam etdirmək üçün Şampeyn şəhərində yerləşən İllinois Universitetinə daxil oludu.Ancaq hələ o zaman Stiv Çen bilmirdiki  PayPal adlanan və yenicə yaranmış kiçik bir kommersiya şirkətində işə başlaması onun həyatını həmişəlik dəyişdirəcəkdi.

Çad Harley 1977-ci ildə Donald və Coan Harleyin ailəsində dünyaya gəlmişdir. Onun atası maliyyə məsləhətçisi,anası isə məktəb müəlliməsi idi.O,böyük bacısı və kiçik qardaşı ilə birlikdə Pensilvanyada Berdsboroda böyümüşdür.1995-ci ildə o anasının işlədiyi Twin Valley məktəbini bitirdikdən sonra,Pensilvaniyanın İndiana Universitetində İncəsənət fakultəsinə daxil olur.Universiteti bitirməzdən əvvəl Harley də,həmçinin PayPalda işləməyə başlayır.O,iş
görüşməsinin  bir hissəsi olaraq Kaliforniyaya uçur və burada ondan öz bacarığını göstərmək üçün gənc şirkətə logo hazırlaması istənilir.Harley bu işin öhdəsindən gəlir və onun hazırladığı logo hələ də PayPal-ın rəsmi logosu olaraq qalır.

PayPalda işlədikləri müddətdə Harley və Çen dostluq etməyə başlayırlar.Onlar boş vaxtlarını müxtəlif biznes planları qurmaqla keçirirlər. e-bay 1.54 milyon dollar ödəyərək PayPal-ı aldıqdan sonra Çen və Harley-ə şirkətin böyüməsindəki roluna görə böyük məbləğdə pul ödənilir.Onlar bu pulu öz şəxsi cəhdlərinə yatırmağa qərar verirlər.Çenin mühəndislik bacarıqları və Harleyin kreativliyi sayəsində onlar birgə şirkət yaradırlar.
 
2005-ci ilin yanvarında Harley və Çen San Françiskoda dostlarının ziyafətinə dəvət olundular. Onlar hemin gün bir neçə video çəkdilər və növbəti gün bunu digərləri ilə də paylaşmaq istədilər. Amma bunu etmək üüun yaxşı ideya yox idi. Çünki faylın həcmi e-mail üçün çox böyük idi və onu göndərmək saatlar alırdı və bu Harley və Çenə öz biznesləri üçün yaxşı ideya verdi. Onlar PayPal-dan aldıqları pulu hər kəsin asanlıqla həm video yükləyib həm də paylaşa biləcəkləri bir sayt –Youtube-ni yaratmağa xərclədilər.Bu bir inqilab idi.Youtube indi internet video bazarının təxmini yarısını tutur və hələ də inkişaf etməkdə davam edir.

Korrektə etdi:Günel İbadova 

ŞƏRH YAZIN