Əsla İmtina Etmə!

0
2690
Əsla İmtina Etmə!

Uğur qazanmaq istəyirsənsə,qarşına bir hədəf qoy. Nə olursa olsun, yolundan dönmə !

Lampanı icad edən Edison, təkrar-təkrar sınağın insanı necə müvəffəqiyyətə çatdıra biləcəyinə gözəl bir nümunədir. Uzun,davamlı işıqlandırma üçün lampa içərisində istifadə ediləcək dayanıqlı teli tapa bilmək üçün yüzlərlə təcrübə edib. Ondan niyə imtina etmədiyini soruşduqda: "Mən yalnız lampanı işlətməyəcək yüzlərlə yol tapdım. Ən sonunda hədəfimə çatacağam" —deyib.

Yaşanan problemləri həll edə bilmək üçün müsbət bir baxımdan baxa bilməliyik. Bu da zamanla inkişaf etdirilə biləcək bir qabiliyyətdir. Hər sınaqda daha yaxşısını edə bilmək üçün pozitiv olmaq şərtdir. Müvəffəqiyyətli olanlar— imtina etməyənlərdir. İmtina etməyənlər isə,etdikləri işə böyük bir ehtiras və inancla bağlananlardır. Başqalarının görə bilmədiyi fürsətləri,əskiklikləri görə bilənlərdir. İş həyatında da bu hər vaxt belə olub. Təşəbbüskarlar— fürsətləri və etdikləri işə inananlardır. Bir bərbər olaraq sizin də dəyişikliklər etmək istədiyiniz dövrlər olub. Lakin ətrafınızdakı kimsə sizə inanmamış ola bilər. Çox vaxt ola bilər ki, ətrafınızdakı reaksiyalar üzündən dəyişiklik etməkdən imtina etmisiniz. Amma içinizdə bir yerlərdə hələ etmək istədiyiniz şeyin doğru olduğuna dair bir hiss vardır. Məhz sizi digərlərindən ayıra biləcək kiçik fərq budur. 

 

 

Korrektor:Əhmədova Sevinc



ŞƏRH YAZIN