Konsentrasiyanı Gücləndirməyin Yolları

0
1683
Konsentrasiyanı Gücləndirməyin Yolları

Yan tərəfə "8" (sonsuz işarəsi)
Bu, bir şeyə fokuslanmaq istədiyiniz hər an istifadə edə biləcəyiniz sadə bir taktika. Bir taxtaya ya da bir divara asdığınız ​​böyük bir kağıza əvvəl sağ əlinizlə, sonra sol əlinizlə eyni anda yatan 8 rəqəmi (sonsuz işarəsi) çəkin.
Kağızınız yoxdursa, bu əməliyyatı havada barmaqlarınızla da edə bilərsiniz. Əvvəl böyük sonsuz işarəsi çəkin, sonra bu işarələri gedərək kiçildin. İndi diqqətinizi cəmləməyi tələb edən işə başlamağa hazırsınız.
Hər hansı bir şey edərkən konsentrasiyanızı itirdiyinizi düşünsəniz dərhal bu məşqi tətbiq edin. Gözləriniz bağlı olaraq da edə bilərsiniz. Bu məşq, həm sağ, həm sol sahələri işlədərək beynin konsentrasiya gücünü artırır.
 
Eyni anda birdən çox iş görməyin, hər iş üçün bir müddət təyin edin
Müəyyən bir müddətdə yalnız bir işi görsəniz, bütün konsentrasiyanızı bu işə verib diqqətinizin dağılmasının qarşısını alarsınız. Birdən çox işi eyni anda etməyə çalışmaq həm konsentrasiyanızı dağıdır, həm də keyfiyyətsiz işlər ortaya qoymanıza səbəb olur.
Əgər qarşınızdakı yarım saat içində ofisdə bir təqdimat edəcəksinizsə ya da bir imtahana çalışacaqsanızsa, yalnız onu düşünün. Zehininizi edəcəyiniz işin detallarına odaklayın. Diqqətinizin fərqli işlər arasında gəzişməsinə icazə verməyin.
 
Bir şeyi ilk ya da son dəfə edirmiş kimi hiss edin
Bir şeyi ilk dəfə ya da son dəfə edirmişsiniz kimi düşünsəniz, o şeyə daha diqqətlə fokuslanır, konsentrasiyanızı artırmış olursunuz.
Bu üsul, əvvəlcədən gözdən qaçırdığınız detalları tutmağa, müşahidə gücünü artırmağa və yeni dünyagörüşləri inkişaf etdirmə imkanı tanıyır.
 
"5 ədəd daha" metodu
Bir işin ortasındaykən sıxılıb imtina etmək istəyərkən "5 dənə daha" məşqini edin.
Oxumaqdan sıxıldınız mı? "5 səhifə daha" oxuyun. İmtahana çalışırsınız və riyazi sualları həll etməkdən yoruldunuz amma "5 riyaziyyat sualı daha" həll edin. İşləməkdən bezdiniz, "5 dəqiqə daha" çalışın. Bu strategiyanı tətbiq edərkən zehininiz sıxılma nöqtəsini aşar, əqli səbir və dayanıqlılıq körpüsü yaradarsınız.
Atletlər yoruldukları anda bu hissə yenilmeyib işi davam etdirərək uğur qazanarlar. Bu üsul sizə müqavimət qazandırır.
 
Yazaraq zehin qarışıqlığının önünə keçin
Önəmli bir şey etməyə çalışarkən, zehininizi məşğul edən digər şeylərin konsentrasiya olmanıza maneə törətdiyini düşünürsünüzsə, bunları bir kağıza yazın. Yanına da bu problemlə nə zaman məşğul olacağınıza dair bir qeyd yazın. Bu zehininizin digər problemlərlə dağılmasının qarşısını alar, sizi psixoloji olaraq rahatlaşdırır və o ankı işinizə konsentrasiya  olmanızı təmin edər.
 
Özünüzü mükafatlandırın
İşə başlamazdan əvvəl, bitirdiyiniz zaman özünüzü nə ilə qiymətləndirəcəyinizi planlaşdırın. Mükafat, sizi rahatlaşdıran və xoşbəxt edən hər şey ola bilər. Sevdiyiniz bir yemək ya da içki, gəzinti, bir yoldaşınızla görüş və s. kimi... Böyük və bahalı bir şey olmaq məcburiyyətində deyil. Sizə kef versin, yetər. Bu üsul, motivasiyanızı və buna bağlı olaraq konsentrasiyanızı artırır.
 
Layihəniz haqqında spesifik olun
Nəyi başa çatdırmaq istədiyinizdən əmin olun. Məsələn bir imtahana hazırlaşırsınız, hansı bölümləri bitirəcəyinizi və bu hissələr üçün nə qədər zaman ayıracağınızı planlaşdırın.
 
Rahat və diqqət dağıtıcılardan (işıq, səs-küy, və s.) uzaq bir mühit yaradın
Bir şeylə məşğul olarkən diqqətinizin bölünməsini istəmirsinizsə, ətrafdakı diqqət dağıdan maneələri mümkün qədər minimum vəziyyətə salın. Məsələn pərdələri çəkərək (içərini qaranlıq etməmək şərtiylə) distractions vizual faktorlardan uzaqlaşa bilərsiniz.
 
Konsentrasiyanı artıran qidalar qəbul edin (ət, balıq, toyuq, C vitamini, və s.)
Hər hansı bir vitamin əskikliyi konsentrasiya probleminə yol aça bilər. Dəmir əskikliyi də konsentrasiyanızı azaldır və tez əsəbiləşən bir struktura sahib olmanıza səbəb olur. Ət, balıq və toyuq kimi dəmir ehtiva edən qidalar konsentrasiyanızı canlı tutar.
C vitamini ehtiva edən qidalar və meyvə suları da seçim edilməlidir. Bir stəkan təzə sıxılmış portağal suyu və ya limon sıxdığınız qara çay idealdır.
 
Özünüzə qarşı nəzakətli olun (çox məcbur etməyin)
Ağlınıza o an maraqlandığınız mövzudan kənar şeylər gəlirsə, sakit bir şəkildə onları başınızdan atmağa çalışın. Özünüzə məcburedici davranmayın, bu əks təsir göstərər.
Düşünməkdə çətinlik çəkdiyiniz bəzi məsələlər varsa 5. maddədə ifadə etdiyimiz kimi bunları yazaraq özünüzü sakitləşdirə bilərsiniz.
 
Özünüzə bir nəzarət cədvəli hazırlayın (iş müddətində neçə dəfə diqqət itkisi yaşayırsınızsa, işarələyin)
Vacib bir işlə məşğul olarkən, zehininizin dağıldığını hər hiss etdiyinizdə bu cədvələ bir işarə qoyun. Bunu sabit bir şəkildə etsəniz zamanla daha az işarə qoyduğunuzu və konsentrasiyanızın artdığını görəcəksiniz.
 
 
 
 
 
 
 
Tərcümə etdi: Zülfiyyə Sərdarova  

ŞƏRH YAZIN