Uğur Əldə Etməyin Ən Vacib 10 Şərti

0
5025
Uğur Əldə Etməyin Ən Vacib 10 Şərti

1. MARAQLARINIZIN ARXASINCA GEDİN:

Həyatda maraqlarınızın arxasınca getsəniz, müvəffəqiyyətli olarsınız.

2. ƏZMİNİZ ƏN BÖYÜK SƏRVƏTİNİZDİR:

Çox ağıllı olduğumdan deyil,problemlərlə məşğul olmaqdan imtina etmədiyimdən bacarıram.

Təyin etdiyiniz yolun sonuna çatacaq qədər səbirlisinizmi? Məktub markalarının gedəcəyi yerə qədər məktuba yapışıq qalması kimi. ..Hayatınızda poçt markası olun və başladığınız işi bitirin.

3. BUGÜNƏ FOKUSLANIN:

Gözəl bir qızı öpərkən düz və diqqətli avtomobil istifadə edən biri, öpüşün haqqını vermir deməkdir.

İki atı eyni anda sürə bilməzsiniz. Bir şey edə bilərsiniz amma hər şeyi edə bilməzsiniz. İndiyə fokslanın və bütün enerjinizi bu anda etdiyiniz işə verin.

4. XƏYAL GÜCÜ QÜVVƏT VERİR:

Təxəyyül hər şeydir. Sizi gözləyən gözəlliklərin ilkin halı kimidir. Xəyal gücü məlumatdan daha qüvvətlidir. Xəyal gücünüz gələcəyinizi təyin edir. Zəkanın gerçək əlaməti xəyal gücüdür, məlumat deyil. Bu səbəbdən təxəyyülünüzün kobudlaşmasına heç vaxt icazə verməyin

5. SƏHV EDİN:

Heç səhv etməyən insan yeni bir şeyi sınamamış kimidir. Səhv etməkdən qorxmayın. Müvəffəqiyyətli olmaq istəyirsinizsə etdiyiniz səhvləri üç dəfə artırın.

6. DƏYƏR YARADIN:

Müvəffəqiyyətli olmağa deyil, qiymətli olmağa çalışın. Zamanınızı müvəffəqiyyətli olmağa xərcləməyin, dəyərlər yaradın. Əgər qiymətli olsanız müvəffəqiyyət özbaşına gələcəkdir.

7. BU GÜNÜ YAŞAYIN:

Mən gələcəyi heç düşünmürəm necə olsa gələcək. Gələcəyi nizamlamağın tək yolu bacardıqca indidə yaşamaqdır. Əhəmiyyətli olan yalnız bunu xatırlamaqdır.

8. FƏRQLİ NƏTİCƏLƏR GÖZLƏMƏYİN:

Dəli — eyni şeyləri təkrar -təkrar edən və hər dəfəsində fərqli nəticələr gözləyən adamdır. Hər gün eyni təkrarları yaşayıb fərqli görünə bilməzsiniz. Həyatınızın dəyişməsini istəyirsinizsə özünüzü dəyişdirin .

9. BİLİK TƏCRÜBƏLƏRDİR:

Bilik məlumat deyil. Bilməyin tək yolu təcrübədir. Bir mövzunu müzakirə edə bilərsiniz, amma bu sizə yalnız fəlsəfi bir anlayış qazandıracaqdır. Bir mövzunu həqiqətən bilmək istəyirsinizsə, onu təcrübədən keçirməlisiniz.

10. QANUNLARI ÖYRƏNİN VƏ OYUNU DAHA YAXŞI OYNAYIN.

ŞƏRH YAZIN