Uğur Qazanmaq Üçün Bunlari Nəzərə Alın.

0
3557
Uğur Qazanmaq Üçün Bunlari Nəzərə Alın.

Uğur qazanan yüzlərlə insandan o yüksəkliyə necə çatdıqları haqda soruşulub.Alınan onlarla cavabdan yalnız üst-üstə düşənlər toplanıb və ortaq nəticələr çıxarılıb.Buyurun, o nəticələr sizə çatdırıram.

Uğur qazanmaq üçün bunlari nəzərə alın.
 
Yüzlərlə kilometrlik bir yol da çox kiçik bir addımla başlayır.-qorxma addım at
Həyat hərəkət deməkdir, su da axmayanda iylənir..
Gördüyün çətinliklərin böyüklüyünə qətiyyən inanma --Görmək inanmaqdır, inanmaqsa aldanmaqdir....—
Özündən başqa heç kəsə 100% güvənmə...ən azından gətirilən bu statı hərdən yadına sal—ALLAH MƏNİ DOSTLARDAN QORU,DÜŞMƏNLƏRLƏ ÖZÜM BACARARAM-(Volter)
Uğur qazanmağın 2 əsas şərtin özünə deviz seç—1.öz ağlından faydalan
2.başqalarının ağılsızlığından faydalan
Dünyada qələbə qazana bilmək üçün ağılsız görünməli, ağıllı olmalısan.
Həyatda bacarıqlı olmaq; yaxşı bir ələ sahib olmaq deyil, bacarıqsız bir əli ağıllıca oynatmaqdır—hər gördüyün bacarıqsız ələ yox,onu oynadan diqqət elə....
Qələbə əldə etmək üçün ya daha yaxşı bir tələ qur, ya da niyə əldə edə bilmədiyinizi görə bilmək üçün daha böyük bir quyu tap...
 
Çox Pul qazanmaq-igidlik; onu saxlamaq-müdriklik; məharətlə xərcləmək isə-incəsənətdir.
Insana ən çox zövq verən isə incəsənətin novləridi.BAŞA DÜŞƏ BİLDİNMİ.... ????
 
Dünya hamıya çatacaq qədər böyükdür.Ən yüksəkdə başqasının yerini tutmağa çalışmaqdansa, öz yerin haqqında fikirləş..onsuzda başqasının yerin tuta bilməyəcəksən, onun ağlı var ki ,o yerdedi...
Röyaları reallaşdırmağın ən yaxşı yolu oyanmaqdır—Sən hələ də yatırsan? Əmin ol ki, Səni, sənin uğur qazanmağını istəyən bir adam oyatmayacaq....özün oyan!
Hər bildiyini söyləmə, ancaq hər söylədiyini bil... Heç bilənlərlə bilməyənlər bir olarmı?? Bəlkə, bu sual haqqında bir az fikirləşəsən.......
 
Fikirləş, sənə nə lazımdı onu öyrən,yoxsa özün-özünü çaşdıracaqsan.-Düşünmədən öyrənmək, vaxt itirməkdir..-Vaxtı geri qaytarmaq haqqında fikirləşməyin özü də vaxt itirməkdi..... Boş zaman yoxdur, boşa keçmiş zaman var
Çalışmaq həyat, düşünmək işıqdır...Düşünərək çalışmaq işıqlı həyatdır...HƏLƏ ÇOX QARANLIQDA QALACAQSAN ????
 
Korrektə etdi :Salmanlı Ayna

ŞƏRH YAZIN