Uğurlu insan olmağın sirləri!

0
2829
Uğurlu insan olmağın sirləri!

 Uğurlu insan olmağı düşünürsünüz amma bunun üçün nə cəsarətiniz, nə motivasiyanız, nə də planınız var. Amma sizə uğurlu insan olmağın sirlərini bölüşəcəyik. Təbii ki, insan elə-belə, heç bir yerdən insan uğur və şöhrət qazana bilməz, həmçinin pul da. Əgər insanın hər şeyi varsa, deməli o, əlindən gələni edib ki, bunlara sahib olsun. Əslində hamı yer üzündə eyni hüquqa malikdir. Onda niyə biriləri həyatda uğur qazanır, digərləri bu uğuru qazana bilmir ?


Əvvəla,hər bir şəxs uğur qazanmaq üçün aşağıdakı xüsusiyyətlərə malik olmalıdır:
 
1. Dəqiqlik - insan həmişə öz işini dəqiqliklə və vaxtlı-vaxtında yerinə yetirməlidir.
 
2. Etibarlılıq - insan ona etibar edənləri pis vəziyyətdə qoymamalıdır.
 
3. Özünə güvənlilik - insan hər hansı bir problem və ya vəziyyəti həll edərkən ilk verdiyi qərardan şübhələnməməlidir.
 
4. Xeyirxahlıq - başqa insanların problemlərindən üz döndərmək lazım deyil, məsləhət və hərəkətlərlə onlara kömək etmək lazımdır.
 
5. Hiyləgərlik - həyatda işin alınması üçün bir az hiyləgər də olmaq lazımdır.
 
6. Azad fikirlilik - insanın gərək özünün nəzər nöqtəsi,həyata obyektiv baxışı olsun.
 
7. İnadlılıq və məqsədə yönəlmə - insan başladığı işi sona çatdıracaq qədər inadcıl olmalıdır.
 
8. Yaradıcılıq qabiliyyəti - həm də insan bir az da yaradıcı olmalıdır.

Həyatda uğur qazanmaq, nəyəsə nail olmaq üçün ilk növbədə məqsədiniz aydın olmalıdır; irəliyə getmək stimulu sizi idarə etməlidir. Öz məqsəd və istəklərinizi dərhal yaxınlara və dostlara deməyə tələsməyin. İlk öncə bunu reallığa çevirin, daha sonra uğurunuzu onlarla bölüşün.
 
Bir məqsəd və istəyinizə nail olub dayanmayın, qarşınıza yeni-yeni "zirvələri" fəth etmək məqsədi qoyun.
 
Elə insanlar vardır ki, etdiyi işdən maksimum zövq ala bilirlər; onların əhval-ruhiyyəsi həmişə yerində olur, çox xeyirxah və gülərüz insan təsiri bağışlayırlar. Məhz belə formada işləyib uğur qazanmaq mümkündür.
 
Uğur qazanmaq üçün həmçinin siz ətrafınızdakı dost-tanışlara da diqqət yetirməlisiniz. Yaxşı dost sizi hər bir başladığınız işdə dəstəkləyəcək,əlindən gəldiyi qədər sizə kömək edəcək. Əksinə, pessimist,həyatda heç bir şeyə nail olmayan insan planlarınızın alt-üst olacağını deyib mənfi fikirlər söyləyəcək. Uğur əldə etmək üçün belə insanlardan uzaq olmalısınız.
 
Xülasə, öz üzərinizdə işləyin, məqsədə doğru düz gedin, siz mütləq uğur,müvəffəqiyyət qazanacaqsınız!

ŞƏRH YAZIN