Uğurlu iş adamı olmazdan öncə yiyələnməli olduğunuz vərdişlər

0
1332
Uğurlu iş adamı olmazdan öncə yiyələnməli olduğunuz vərdişlər

1. Vaxtın idarə olunması.

Bu barədə demək olar ki, hər kəs danışır. Lakin hər kəs zamanı idarə etmək vərdişinə sahib olmur. Zamanın idarə olunmasının (time-management) əsas mahiyyəti ondan ibarətdir ki, bu vərdişə yiyələnməklə insan mühüm işləri təxirə salmamağı öyrənir.

Heç vaxt sizə heç bir fayda verməyən kiçik "təxirəsalınmaz" işlərin icrasına vaxt sərf etməyin. Həmin işləri öz işçilərinizə tapşırın. Əgər siz öz biznesinizi qurmaq qərarına gəlmisinizsə, o zaman öz vaxtınızı müstəqil şəkildə idarə etməyi bacarmalısınız.

Uğurlu iş adamları iş gününü düzgün şəkildə planlaşdırmaqla yanaşı, həmçinin hətəlik və aylıq planlar qurmağı bacarırlar. Bundan əlavə, onlar gündəlik məqsədlər müəyyənləşdirməyin və həmin məqsədlərə nail olmağın sirlərinə bələd olurlar.

Zamanın idarə olunması haqqında bilməli olduğunuz əsas məqam odur ki, bu, sadəcə bir vərdişdir və bu vərdiş arzuladığınız biznesi qurmaqda sizə kömək edə bilər.

2. Öz biznesinizi qurmazdan öncə inamsızlığı bir kənara qoyun.

Deyirlər ki, şöhrətpərəstlik ən böyük qüsurdur. Lakin biznesdə ən böyük nöqsan inamsızlıqdır. Yenicə fəaliyyətə başlayan sahibkar içindəki şübhə hissinə təslim olur. O düşünür ki, işə başlamazdan əvvəl hər şeyi öyrənməlidir.

Bunların hamısı cəfəngiyyatdır! Siz öz bilik bazanızı genişləndirən zaman kimsə sizi qabaqlaya bilər. Yəni biznes haqqında oxuduğunuz kitablardakı fikirləri təcrübədə tətbiq etməyi bacarmırsınızsa, həmin kitabları oxumağın heç bir mənası yoxdur. Bütün bilikləri təcrübə ilə qazanmağa çalışın!

3. Öz biznesinizi qurmazdan öncə məsələlərə laqeyd yanaşmağı öyrənin.

Əgər şübhələr sizi narahat edirsə və siz bugün əldə etdiyiniz nəticələrə qarşı laqeyd münasibət nümayiş etdirə bilmirsinizsə, o zaman belə bir vəziyyətdə siz biznes qura bilməzsiniz. Sizin yeganə çıxış yolunuz var - laqeyd olmaq. Hətta ən uğurlu vaxtlarda belə, sevinməklə yanaşı, az da olsa laqeyd münasibət bəsləməyi unutmayın. Bu, sizi çətin vəziyyətlərdə yıxılmağa qoymayacaq.

 

ŞƏRH YAZIN