Bir ana öpüşü..!

0
1957
Bir ana öpüşü..!

 Ana öpüşünün möcüzəvi təsirini hansı övlad inkar edə bilər ki? Bəli, bu danılmaz faktdır. Ana öpüşü körpələrin və nisbətən böyük uşaqların özünü daha da yaxşı hiss etməsini təmin edir. Aparılan araşdırmalar da bunu sübut edib. 


Bir qrup mütəxəssisin qatıldığı araşdırmalardan məlum olub ki, körpəsini öpən ana balasının immunitet sisteminin daha qüvvətlənməsinə səbəb olur. Beləcə immunitet sistemi güclənir, soyuqdəymə və qulaqda yaranan hər hansı xəstəliklərin tez sağalmasını sürətləndirir.

Eyni zamanda körpələri qucaqlamaq da çox faydalıdır. Montrealda fəaliyyət göstərən Bliss xəstəxanasının həkimləri isə 61 körpənin üzərində araşdırma aparıb. Mütəxəssislər körpələrin nəbzini, qandakı oksigenin səviyyəsini və qan dövranını araşdırıblar. Nəticələrə görə ana qucağındakı körpələr ağrını daha tez unudur.

Onu da qeyd edək ki, anasız olan uşaqlar digərlərinə nisbətən daha çox ağrı çəkir.

ŞƏRH YAZIN