Körpə yuxusu nə qədər önəmlidir?

0
2833
Körpə yuxusu nə qədər önəmlidir?

 Körpələri yatızdırmaq bəzən çox çətin olur. Yuxuya getmələri ya zaman alır, ya da ki, ümumiyyətlə yatmaq istəmirlər. Amma körpə yuxusunun nə qədər əhəmiyyətli olduğunu bir bilsələr ... Çox heyif ki, onlar bunu dərk edəcək yaşda deyillər. Amma valideynlər yuxunun faydalarını bilərsə, bu onların xeyrinə olar.


Qayda 1. Yatmaq hamıya xeyirlidir: ailədəki hər bir üzv o zaman xoşbəxt və iş qabiliyyəti yüksək olur ki, valideynlər gün ərzində 8 saat yatır.

Qayda 2. Yuxu rejimi haqqında diqqətli fikirləşin: uşağın yuxu rejimi ailənin rejiminə uyğun olmalıdır.

Qayda 3. Bir yaşa qədər uşaqlar beşikdə, valideynlərinin otağında yatmalıdırlar. Yaşdan böyük uşaqlar uşaq otaqlarında yatsalar yaxşıdır.

Qayda 4. Axşam yuxusunun yaxşı olması üçün gün boyu 6,5 saatdan çox yatmağa qoymayın.

Qayda 5. Qidalanmanı optimallaşdırın: axşam süddən doymamış ayırın və yatmazdan əvvəl doyana qədər süd verin. Bu uşağın axşam acından oyanmasının qarşısını alacaq.
 
Qayda 6. Düzgün proqramlaşdırılmış gün – sağlam yuxunun təminatıdır. Ən yaxşı variant gün ərzində fiziki hərəkətlərin çoxaltmaq, axşam saatlarında emosional yükləmələrin qarşısını almaq.

Qayda 7. Təmiz, sərin, təravətli hava - əsas qaydadır. Otağın orta temperaturu 18-20 C, havanın rütubəti 50-70% olmalıdır.

Qayda 8. Suyun verdiyi əhəmiyyətdən yararlanın: axşam çimməyi – uşağın ölçüsündən bir az böyük vannadan istifadə etmək daha məsləhətə uyğundur. Su ilıq olmalıdır- belə suda oynamaq onu yoracaq, acdıracaq, bu isə yeməyi böyük iştahla yeməyi, səhərə qədər rahat yatmağı təmin edəcək.

Qayda 9. Rahat yataq hazırlayın, iki yaşa qədər yastıqdan istifadə etmək olmaz. Təbii liflərdən hazırlanmış yataq dəstindən istifadə edilməli, uşaq yuyucu vasitələri ilə paltarları yuyulmalıdır.

Qayda 10. Uşaq bezlərinin keyfiyyətinə diqqət yetirmək lazımdır. Körpənin dərisinin yumşaq, zərif olmasını və axşam boyu rahat yatmasını istəyirsinizsə, keyfiyyətli, rahat, effektli və ziyansız uşaq bezlərindən istifadə etmək lazımdır.

Unutmamalıyıq ki, hər bir uşaq individualdır. Hər bir ana yəni siz onların şəxsi psixoloqu olmalısınız. Bununla yanaşı bir neçə məsləhəti qiymətləndirməniz diqqətə layiqdir.

Uşağı günün eyni anında, eyni otaqda, eyni yataqda yatırtmağa üstünlük verin.
 
Yuxu qabağı uşaqla çox oynamayın, bu onun yuxusunu qaçırda bilər. Daha yaxşı olarki, onlara sakitcə nağıl danışın ya da layla ilə sevindirin.
 
Çalışın ki, otaq sakit və qaranlıq olsun- bu uşağa axşamın düşdüyünü və yatmaq vaxtı olduğunu aşılayır.
 
Unutmayın, uşaqlar yatağa quru bezlərlə yatırılmalıdır.
 
Əziz validenlər- sizə tamamilə qadağandır.
 
Körpənin yanında siqarət çəkməyin.
 
Uşağa çox isti olmamalıdır, ona görə də onun başını örtməyə ehtiyac yoxdur.
 
Uşaqla heç vaxt divanda və ya kresloda yatmayın.

Uşaq nə qədər çox yatsa bir o qədər xoşbəxt və sağlam olar! Amma bilirik ki, uşağı yatızdırmaq heç də asan deyil. Uşağa yatmaq çətinlik törədə bilər, əgər:

Acdırsa;
Soyuq və ya istidirsə;
Yatdığı yerdə oyanmayanda;
Yaş bezi olarsa.
 
Əziz valideynlər, unutmayaq körpəmiz bizim dəyərli xəzinəmizdir.

ŞƏRH YAZIN