Musiqinin Uşaqlara Təsiri

0
1926
Musiqinin Uşaqlara Təsiri

Kanadadakı Alberta Universitetindən elm adamlarının araşdırmaları, musiqinin təcili yardımda damar içi müalicə tətbiq olunan uşaqlarda ağrı hissini azaltdığını göstərdi. Alimlər mahnının təsirini, Stollery Uşaq Xəstəxanasının təcili yardım şöbəsində damar içi müalicə olunan 3 – 11 yaşındakı 42 uşaqla araşdırdı. Bəzi uşaqlara müalicə olunarkən  musiqiyə qulaq asdırıldı. Bu zaman, uşaqların rahatlaması, ağrı dərəcəsi, ürək ritmi, valideynlərin və müalicəni edən həkim kollektivlərinin məmnun olub – olmadığı qeyd olundu. Musiqi hiss edilən ağrını azaldır. Araşdırmalara imza atanlardan Lisa Hartling, musiqi dinləyən uşaqların hiss etdiyi ağrının həmin an azaldığını bildirdi. Səhiyyə işçilərindən yüzdə 76% - i də musiqi dinləyən uşaqlara müdaxilənin çox asan olduğunu ifadə etdi.  Nəticələrin klinik önəm daşıdığını, sadə bir müdaxilənin böyük fərq yarada biləcəyini göstərdiyini vurğulayan Hartling, mahnının əzab verən tibbi müdaxilələr zamanı tətbiq oluna biləcək sərfəli və asan bir ağrı azaldıcı ola biləcəyinə diqqət çəkdi. 

Tərcümə etdi: SEVİNC MƏMMƏDKƏRİMOVA 

 

ŞƏRH YAZIN