Onlara kiçik yaşlarından öyrədin

0
2032
Onlara kiçik yaşlarından öyrədin

 Uşaqlıqdan xarici dil öyrənmək bir avantajdır. Çünki, uşaqlıqdan xarici dil öyrənməyə başlamaq uşağın həm hərtərəfli inkişaf etməsinə, həm də gələcəyi üçün faydalıdır. Lakin uşaq psixoloqları bunun mənfi yönlərini də nəzərdən qaçırmırlar. Araşdırmalara görə iki dildə danışan ailələrin uşaqları çox vaxt defektli danışır.


Ümumiyyətlə xarici dil öyrəndikdə beyninin sol yarımkürəsi inkişaf etməyə başlayır. Lakin dili uşaqlıq yaşından öyrənəndə beynin sağ yarımkürəsin də çalışmağa başlayır və bunun sayəsində uşaq tələffüz qaydalarını, intonasiyanı yaxşı qavrayır. Bəs hansı dili seçmək daha doğrudur? Hal-hazırda hamı ingilis dilinə üstünlük verir, çünki o dünya miqyasında ümumi qəbul edilmiş bir dil sayılır və gələcəkdə də uşaq bu dildən faydalana bilər. Lakin tez qavranması üçün uşağın temperamentinə uyğun dil seçilməlidir. Orijinal şəxsiyyət yetişdirmək istəyirsinizsə uşağınıza yapon dili öyrədin. İeroqliflərin yazılış qaydasını yadda saxlamaq üçün uşağınızın beynində hər iki yarımkürə aktiv işə düşəcəkdir.

Uşaq musiqiyə meyillidirsə ona çin dilini öyrətməyi məsləhət görürük. Bu dil sağ yarımkürənin cavabdeh olduğu musiqi qabiliyyətini artırmaqda ona kömək olacaq. Dilçilərin fikrinə əsasən isə məhz çin dili gələcəkdə aparıcı dil olacaqdır. Ünsiyyətçil uşağa fransız və ya ispan dili öyrətmək daha uyğundur. Uşağınız məntiqli düşünürsə alman dili onun seçimi olmalıdır. Kreativdüşüncəli uşaqla isə məhz ingilis dilinin üzərində çalışmaq faydalı olacaq.Dili hansə yaşda öyrədək?Ailədə xarici dildə danışan varsa və uşaqla bu dildə danışsa, bir müddət sonra uşaq avtomatik olaraq yeni dili mənimsəyəcəkdir. Lakin xüsusi olaraq müəllim tutmaq fikrinə düşsəniz, psixoloqların məsləhətləri ilə sizi tanış etməliyik. Belə ki, mütəxəssislərdə bu mövzuda fikir ayrılığı yaranıb. Bəzi loqopedlər oyun şəklində dil öyrənmək üçün 3 yaşı məsləhət görsələr də, bəziləri 5 yaşın uyğun olduğunu vurğulayır. Belə ki, 5 yaşında uşağın inkişafı lazımi həddə çatdığı üçün məhz bu yaşda dil öyrənmək lazımdır. Lakin unutmayın övladınızın dil qüsuru varsa ona xarici dil öyrətmək fikrindən daşının, çünki bu dil qüsuru problemini daha da dərinləşdirəcək.

Uşağın yaşı 8-10 çatdıqda dil ğyrənmək bir qədər çətin olsa da 2-3 dili ona paralel öyrətmək mümkündür, amma ideal tələffüzə nail olmaq bir qədər zaman alacaq.

Xariclərin çalışdığı uşaq bağçaları bu məsələdə əvəzedilməzdir, lakin dili unutmamaq üçün sonradan uşağın xaricidil təmayüllü məktəbə getməsi vacibdir

ŞƏRH YAZIN