Övladınıza bu qidaları verin ki ...

0
1598
Övladınıza bu qidaları verin ki ...

 Övladınızın boyu yaşına görə, çox balacadır və bu sizi narahat etməyə başlayıb. Amma hər dərdə çarə var, yalnız ölümdən başqa. O zaman sizin bu dərdinizə də çarə tapılar. Mütəxəssis məsləhəti ilə, uşağınızın boyunun ideal səviyyəyə gəlməsini təmin edə bilərsiniz.


O halda aşağıdakı qidaları onlara verməlisiniz. Bu qidaları doğru və ideal bir şəkildə uşaqlarınıza verdikdən sonra onların boylarındakı inkişafı görəcəksiniz ...

Süd: Süd və qrupu olaraq ümumi bir ad altında toplansa da, südün digər süd məhsullarına görə uşağınızın boyunun uzanmasında ayrı bir əhəmiyyəti vardır. Gün ərzində 2 su stəkanı süd içilməsi boy uzanmasını dəstəkləməsi ilə yanaşı uşağınızın sümük quruluşunun da güclənməsini təmin edir. Südün boy uzanmasını daha çox dəstəkləməsi üçün gecə yatmadan içilməsi lazımdır. Çünki bu saatda içilən süd böyümə hormonunun ifraz olunmasını təmin edir.

Süd məhsulları: İçərisində kalsium olan bu qrupun içərisinə qatıq, ayran, pendir daxildir. Xüsusilə qatıq, uşağınızın tərəvəz yeməyi yeyərkən qabından mütləq olmalıdır. Pendir yeməyən uşaqlarda, pendir yemələrini təmin etmək üçün, pendirli yeməklər hazırlaya bilərsiniz.

Brokoli: İmmunitet sisteminin güclənməsində və bədənin qorunmasında baş rol oynayan brokoli, uşağınızın boyunun uzanmasını təmin edən əhəmiyyətli bir tərəvəzdir. Uşaqlar tərəfindən çox sevilməsə də müəyyən aralıqlarla yeyilməsi təklif edilir. Edilən elmi araşdırmalar, sevilməyən qidaların müəyyən araliqlarla yeyilməsi zamanla uşağın buna öyrəşdiyini göstərir.

Quru Meyvələr: Quru meyvələr yaxşı bir kalsium qaynağıdir. Bu səbəblə boy uzanmasını təmin edir. Ara yemək olaraq və ya süd ilə birlikdə şirin ehtiyacını aradan qaldırmaq üçün uşağınıza yedirə bilərsiniz. Quru meyvələrin yeyilmə miqdarı əhəmiyyətlidir. Çünki çox yeyilərsə, kilo probleminə səbəb ola bilər. Gün ərzində 4-5 quru ərik, 2 quru əncir, 1 ovuc qara quru üzüm variantlarından birinin seçilməsi yetərli olur.

Küncüt: Ən yüksək kalsiumlu qida olması səbəbiylə uşaqların qidalanmasında əhəmiyyətli olan küncüt, yağ miqdarının yüksək olmasından ötəri təhlükə daşıyır. Uşaqlarınıza bəzi günlər çörək yerinə simit yedirə bilərsiniz.

Soya paxlası: Soya paxlası kalsiumu zəngin ola qidalardandır. Ümumiyyətlə salat olaraq istifadə edilir. Uşaqların boyunun uzanmasına kömək olacaq bu qida cox vacibdir.

Uşaqlarda boy uzanmasını təmin edən əsl faktor kalsium və D vitamininin birlikdə alınmasıdır. Bu iki qida elementi boy uzanmasında birlikdə baş rol oynayır. Zəngin kalsium qaynaqlarının yanına, D vitami yüksək olan qidalar da əlavə etmək lazımdır. Balıq yağı kalsiumu dəstəklərkən, D vitamini ilə zənginləşdirilmiş olan süd, pendir və yumurta da seçim edilə bilər. D vitamininin ən zəngin qaynağı günəş işığıdır. Günəşdən kifayət qədər faydalana bilməyən uşaqlarda istənilən səviyyədə boy uzanması təmin edilə bilmir.

ŞƏRH YAZIN