Sevginizi Göstərin...

0
1802
Sevginizi Göstərin...

Hər uşaq müəyyən dövrlərdə doğru olmasa da “atam və anam məni sevmir” düşüncəsinə qapıla bilər. Övladınıza sevginizi göstərməkdən çəkinməyin. Unutmayın ki, sevgi ortamında böyüyən bir uşaq həyatı boyunca sağlam və bacarıqlı şəxs olar. Sevgini göstərməyin əsas yolları: təqdir edici sözlər – uşaqların uğursuzluqları tənqid etməyə daha yönəlik davranırıq. Bu yanaşma yeniyetməlik dövründə yıxıcı nəticələr yarada bilər. Uşaq etdiyi hər doğru şey üçün təqdir olunmalıdır: Gündə ən az iki dəfə təqdir olunan uşağın motivasiyası artır. Bundan başqa uşaqla uşaq olmaq lazımdır. Onun maraq dairələrini kəşf etmək, haqqında mümkün olduqca çox şey öyrənmək faydalı olar. Uşağa gündə ən az beş dəqiqə bərabər olmaq üçün zaman ayrılmalıdır. Mükafatlandırma – düşünülərək seçilmiş “səni sevirəm, onun üçün də sənə bunu aldım” kimi təqdiredici  ifadələr uşağın sevgiyə olan tələbatını ödəməyə yardımçı olacaqdır. Xidmət göstərmə - uşağa davamlı olaraq xidmət davranışları nümayiş etdirməsinə rəğmən bəzi zamanlarda uşaq üçün mənalı bir işlə məşğul olması vacibdir. Böyüklər üçün cəlbedici olmayan amma, uşaq nöqteyi – nəzərindən çox önəmli bir iş görülməlidir. Fiziki təmas da çox önəmlidir – qucaqlama, öpmə və toxunma uşağın sevgini hiss etməsini təmin edər. Hər uşağın yaş, xarakter və sevgi dili məsələləri göz önünə alınmalı və bu mövzuda diqqətli yanaşma müəyyənləşdirilməlidir. Onlar böyüdükcə, təqdiretmə məqsədi ilə toxunma alışqanlığını davam etmə məsələsində həssas olmalıdırlar. 

 
Hazırladı: SEVİNC MƏMMƏDKƏRİMOVA
 

ŞƏRH YAZIN