Uşağınız sizi neçə aylıqdan başa düşür?

0
813
Uşağınız sizi neçə aylıqdan başa düşür?

Amerikalı tədqiqatçılar araşdırıblar ki, uşaqlar artıq 1 yaş 3 aylığından böyüklərin reaksiyalarını anlayırlar. Tədqiqatın nəticələrinə əsasən məlum olub ki, artıq 15 aylıqdan uşaqlara qəzəb və qayğı hisləri tanışdır. Vaşinqton araşdırma mərkəzinin tədqiqatçıları 150 nəfər bir yaşından yaş yarıma qədər olan körpə üzərində təcrübə aparıblar. Uşaqlar bu müddətdə  iki böyük uşağın oyuncağa görə dalaşdığının şahidi olublar.

Aydın olub ki, körpələr  otağa “qəzəbli” böyük daxil olduqda çəkinərək əllərindəki oyuncağı yerə qoyublar, əksinə,  “xeyirxah” böyük gəldikdə isə həvəslə oyunlarına davam ediblər. Beləliklə, tədqiqatçılar müəyyənləşdiriblər ki, ətrafdakıların emosiyaları hətta başqalarına yönəlmiş olsa belə, uşaqlara 15 aylıqdan məlum olur. 
 
Mütəxəssislərin rəyinə görə, bu uşaqların özünütənzimləmə funksiyasının tərbiyəsinə başlamağın əsl zamanı ola bilər.
 

ŞƏRH YAZIN