Uşağınızı Yalnızlıq Qorxusundan Uzaq Yetişdirin!

0
1822
Uşağınızı Yalnızlıq Qorxusundan Uzaq Yetişdirin!

Yalnızlıq ən təməl duyğularımızdan biridir. Psixoloq Ece Göç, uşaqları yalnızlıq qorxusundan uzaq yetişdirmək üçün valideynlərə tövsiyələr verdi. Yaş dövrü ilə əlaqədar sevgi əzabı çəkmə, valideynlərlə münaqişə və s. kimi hallar uşaqların özlərini yalnız hiss etmələrinə, heç kim tərəfindən anlanılmayan və ən önəmlisi sevilməyən hiss etmələrinə səbəb olar.  Ancaq hər yalnızlıq, yaşayan şəxs üçün  xüsusidir və heç zaman bir başqasına bənzəməz. Yalnızlıq, həyatın hər anında bizə özünü fərqli hiss etdirər və sonrakı dövr üçün təməl təşkil edər. Ana bətnindən ayrılma ilə yalnızlıq suverenliyi başlayar və uşaqlıq dövrü necə başa çıxılacağını öyrədir. Yalnızlıqla ya başa çıxmağı öyrənirik ya da ömür boyu yalnızlıqla mübarizə aparırıq.  Bu iki yoldan hansını seçəcəyimizi isə ailə içində əldə etdiyimiz təcrübələr müəyyənləşdirər. Yalnızlıq duyğusu və özbaşına ola bilmə Abraham Maslou tərəfindən müəyyənləşdirilən tələbatlar piramidası, insan doğumundan etibarən keçirdiyi dövrləri ifadə edərkən bu dövrlərin hər birini fərqli psixi ehtiyaclar ilə xarakterizə etmişdir. Ancaq hər dönəm üçün imtina edilməz olan ehtiyac vardır ki, o da güvəndir. Körpəlik və uşaqlıq dönəmində sevgi və güvən duyulan şəxs anadır. Mənliyin formalaşmağa başlaması ilə uşaq sevginin itirilməsindən qorxmağa başlayar.  Uşağın öz başına ola bilməsi valieynin yanında öz başına ola bilməsi ilə öyrənilir. Uşaq bunu öyrənərkən valideynin xüsusən ananın əks əlaqəsinə ehtiyac duyar.  Bu əks əlaqə  “mən yanındayam, amma sen bununla baş edə bilərsən “ mənasında olmalıdır.  Uşağın tərk edilmə qorxusunu aşaraq bağımsız olaraq mənlik duyğusunu formalaşdırmasına izin verərək dəstəklənməlidir.  Inkişaf zamanı uşaqların ehtiyacı azad olmaq və təqdir edilməkdir. Istədiyini sərbəstcə etmək istərkən sevginin  də təqdirini alma ehtiyacı içindədirlər. Yalnızlığa bu nöqtədən baxdıqda valideynin yanaşma tərzi uşağın bağımlı mənlik mi yoxsa özbaşına olma bacarığını mı formalaşdıracağını müəyyənləşdirməkdir. Uşağın ən önəmli ehtiyaclarından biri, azadlığı güvən duyğusu içində yaşamaqdır. Ailələrin diqqət etməsi lazım olan nöqtələr valideynlərın uşaqlar üçün rol – model (nümunə) olmalarıdır.  Valideynlər bağımlı, asılı şəxs yetişdirməkdənsə, öz güvənli, azad, özü – özünü idarə edə bilən şəxslər yetişdirməlidirlər ki, uşaqlar yalnızlıq qorxusundan uzaq yalnızlığı həyatın axışı içərisindəki təbii hal olaraq dəyərləndirsinlər. 

Tərcümə etdi: SEVİNC MƏMMƏDKƏRİMOVA 
 

ŞƏRH YAZIN