Uşaq Hiperaktivliyi Və Onun Aradan Qaldırılması

0
2079
Uşaq Hiperaktivliyi Və Onun Aradan Qaldırılması

Hər bir valideyin dünyaya sağlam övlad gətirmək arzusu ilə yaşayır.Təəssüf ki,bir sıra uşaqlar bu və ya digər fiziki,psixi travmalarla,problemlərlə doğulurlar.Həkimlər bunun səbəbini müasir ekoloji mühitin qadın orqanizmində əmələ gətirdiyi fəsadlarla əlaqələndirir.Bəziləri isə bunu hətta müasir uşaqların spesifik problemləri kimi qəbul edir.Reallıq budur ki,hazırda hiperaktiv və diqqətsiz uşaqların sayı günü-gündən artmaqdadır.Simptomlarına və əlamətlərinə görə bu uşaqlar  nə psixikası pozulmuş,nə də sağlam kateqoriyaya aid edilmirlər.Sanki,aralıq mövqedə dayanaraq həm valideyinlər,həm də müəllimlər üçün pröblemlər yaradırlar.
Uşaqların belə davranışlarına adətən məktəbəqədər və kiçik məktəbli dövründə rast gəlinir.Bu uşaqlar müəllim və tərbiyəçi üçün çətin,rahat olmayan uşaq kimi,oxumaq,yazmaq nitqin inkişafı, qavrama qabiliyyəti və s. kimi işlərdə problemlər yaradır.Ancaq bunları nevroloji və psixi xəstəliklərin əmələ gəlməsi hesab etmək olmaz.Son dövrə qədər psixoloqlar və nevropatoloqlar bu qeyri adi hərəkətlərin hansı səbəbdən yaranmasını öyrənə bilmirdilər.Ancaq son illər məlum oldu ki,hiperaktiv uşaqların və bütün bu tip çətin uşaqların beyinləri prinsipcə normaldır.Amma hərəkətləri diqqətini tənzimləməkdə bir qədər gecikir.
 
Valideynlər üçün test

İndi isə uşağın  hiperaktivliyini öyrənmək üçün valideyinlərə test təqdim edirik.
-O,həmişə hərəkətlidir,ancaq özünü idarə edə bilmir,yorulsa -da yenə hərəkət edir.Bütün gücünü itirənə kimi ağlayır,qışqırır.
-Tez tez və çox danışır,danışarkən sözləri yeyir,başqalarının sözünü kəsir,tapşırığa axıra qədər qulaq asmır.Miliyon dənə sual verir ancaq cox az hallarda cavaba qulaq asır.
-Onu yatmağa məcbur etmək olmur.Yatanda isə çox narahat yatır,tez-tez ürəkbulanması olur.Hiperaktiv uşaqlar hər şeydən allergiya ola bilərlər.
 
Belə uşaqları idarə etmək çətindir,çünki onlar heç vaxt qadağalara və sərhədlərə əhəmiyyət vermir.Tez-tez konflikt yaradır,öz aqressiyalarına nəzarət etmir,başqa uşaqları dişləyir,itələyirlər,hətta daşdan cubuqdan da istifadə edirlər.
Elə uşaqlar var ki,onların hərəkət aktivliyi çox biruzə verir.Məsələn;uşaq dayanmadan hərəkətdə olur,başı üstə fırlanır və dayana bilmir.O aqressivdir,əsəbidir,yuxusuzluq problemi var.Bu halda uşağa dərman vermək məsləhət deyil.Məsləhətdir ki,evdə uşaq üçün bir idman küncü ayırasınız.Uşaq idman hərəkətləri edir və nəticədə 2 həftədən sonra normal uşağa oxşamağa başlayır.Əgər uşağın diqqəti zəifdirsə,onu idarə etmək üçün bir çox ölkələrdə maraqlı bir üsuldan istifadə edilir.Diqqəti olmayan uşağın başına elektrodlardan papaq geyindirir və cizgi filmi göstərilir.Uşaq diqqətini yayındıranda cizgi filmi təsvirini itirir və nəticədə uşaq öz diqqətinin idarə edə bilir.
 
Əgər uşaqda bu siyahıda olanlardan 6 keyfiyyət varsa,onda diqqət catışmamazlığı diaqnozu qoyulur.
1.Detallara heç vaxt diqqət yetirmir,işdə səhvlər edir.
2.İşdə və oyunda cətinliklə diqqətini cəmləyir.
3.Ona deyiləni eşitmir.
4.İnstruksiyaya əməl etməyi bacarmır.
5.Heç bir oyun və yaradıcılıq təşkil edə bilmir.
6.Tapşırıqları yerinə yetirməkdə cətinlik cəkir.
7.Tez-tez əşyalarını itirir.
8.Tez və asanlıqla dıqqəti yayınır.
9.Unutqandır.
Biz bunların yarısının çox cəsarətlə öz uşağımızda olduğunu deyə bilərik.Məsələn;kim belə uşaq görüb ki,heç vaxt gördüyü işdə səhv etməsin,diqqəti yayınmasın,hər şeyi yadda saxlasın.Amma əşyalarını itirmək,tapşırığı yerinə yetirərkən çətinlik çəkmək bu artıq xarakterik xüsusiyyətdir.
 
Eyni ilə həmin şeyləri hiperaktiv uşaqlar üçün də demək olar.Beləliklə bu diaqnozu  təsdiq etmək ücün aşağıdakı 6 punktdan 5-i sizin uşağınızda olmalıdır.
1.Əlləri və ayaqları ilə həmişə hərəkətdədir.
2.Tez-tez öz yerini dəyişir.
3.Səssiz,hərəkətsiz dayanmaq lazım olduğu anda həddən artıq fəal olur.
4.Sakit oyunlar oynamaq istəmir.
5.Həddən artıq çox danışır.
6.Heç vaxt hərəkətsiz dayanmır.
Bəzən elə olur ki,bu diaqnozu çox kicik yaşında hətta aylıq uşaqlara qoyurlar.Mütəxəssislər isə bu diaqnozu 5-6 yaşdan yuxarı olan uşağa aid edirlər.Onların izahına görə hiperaktivliyin əsas kriteriyasından biri öyrətmənin çətinliyində özünü göstərir.Kiçik yaşlı uşaqlarda isə bu sərhəd məhduddur.İkinci məqam isə ailə və cəmiyyətdə  tərbiyə sisteminin norma yoxsa patalogiyadan asıllığıdır.
 
Valideynlərə məsləhət

Əziz valideyinlər,əgər uşağınızda hiperaktivlik diaqnozunu təsdiqlənibsə,onda ilk öncə sizə böyük səbr arzulayırıq və bu psixoloq məsləhəti məhz sizin ücündür.  
1.Uşaqla münasibətdə pozitiv modelə üstünlük verin.Onu layiq olduğu hər hərəkətinə görə tərifləyin,uğurlarını vurğulayın.Bu uşaqda öz gücünə inam yaradacaq.
2.Yox,olmaz sözlərini təkrar etməkdən qaçın.
3.Onlarla sakit,yumşaq,təmkinlə danışın.
4.Ayrılmış müəyyən vaxtda uşağa elə iş tapşırın ki,o həmin işin öhdəsindən gələ bilsin.
5.Uşağı diqqətin mərkəzləşməsini tələb edən yaradıcılıq işlərinə yönəldin.
6.Evdə günün planını tutun.Qida qəbulu,ev işlərini görmək,yatmaq hamısı bu cədvələ uyğun olsun.
7.Oyun zamanı calışın ki,uşağın bir partnyoru olsun.Narahat,səs küylü uşaqlardan qaçsın.
8.Uşağa imkan verin ki,öz enerjisini sərf edə bilsin.Ən faydalısı fiziki aktivlikdi.Bu təmiz havada uzunmüddətli gəzinti,qacmaq,idman hərəkətləri və s. ola bilər.
 
Gördüyünüz kimi,hiperaktivlik,sadə göründüyü qədər də mürəkkəb və həlli çətin olan bir problemdir.Bu problemin aradan qaldırılması üçün maarifləndirmə işinin aparılması və uşaqlara fərdi yanaşmaq olduqca vacibdir.
 
 
 
Korrektə etdi: Günel İbadova

ŞƏRH YAZIN