Uşaqlarda Stressin Fizioloji İfadəsi

0
2065
Uşaqlarda Stressin Fizioloji İfadəsi

Bir çoxumuz həyatımızda çətin dövrlərdən  keçərkən bədənimizdə duyğusal problemlərlə yanaşı  fizioloji sıxıntılar da yaşayırıq. Bu duyğusal stress, bir çox sağlam uşaq və yeniyetmələrdə də, qarın ağrısı, baş ağrısı, mədə bulantısı ya da qusma şəklində fizioloji əlamətlərlə özünü göstərir. Psixoloq Çiğdem Bilgen, stressin fizioloji olaraq ifadə olunmasında bilinməsi vacib olan gerçəkləri açıqladı...

Uşaqlarda stress hansı fizioloji əlamətlərdə özünü göstərir? 
•Ağrılar (baş ağrısı, bel ağrısı, qarın ağrısı, əzələ ağrıları)
•Yorğunluq 
•Mədə bulantısı
•Qusma
•Nevroloji pozuntuları xatırladan əlamətlər (cüt görmə, müvazinətin itirilməsi, tutmalar, iflic)
•Yeniyetməlik dövründə qızlarda hormonal dəyişikliklərlə bağlı olan sancılar, mensturasiya pozuntuları, iştahın itməsi
•Yemə və yuxu pozuntuları. 
Səbəblər və bilinməsi vacib olan gerçəklər: 
1. Uşağın yaşadığı fizioloji əlamətlər uydurma deyildir, şüurlu şəkildə edilməz, kontrol olunmaz.
2. Uşağın həyatındakı stress faktoru ortadan  qalxsa ya da azalsa da əlamətlər davam edər. 
3. Duyğusal stressi verbal olaraq ifadə edə bilmə çətinliyi, tibbi olaraq açıqlana bilməyən  fiziki əlamətlərin altında yatan ən önəmli faktorlardandır. Kiçik uşaqlarda sıx rast gəlinməsinin səbəbi, duyğuları sözlə ifadə etməklə bağlı çətinlik ola bilər. Yeniyetməlikdən əvvəlki dövrdə bir çox uşaq psixoloji stressi fizioloji əlamətlərlə ifadə edər. Yeniyetməlik dövrünün özünəməxsusluğu ilə əlaqədar  olaraq fiziki şikayətlər də artır. 
4. Şəxsiyyət keyfiyyətləri, problemlərlə başa çıxma bacarıqlarının zəif olması, stresslə bağlı fizioloji reaksiyalar və bunları şərh etmə şəkli arta bilər. 
5. Ailə faktorları yönəlişliyi artıra bilər: fiziki xəstəliyi olan biri ilə yaşamaq, valideynlərdən birinin ya da hər ikisinin  stressi fizioloji yolla ifadə etməsi, mədəni inanclar, valideynlərin hədsiz mühafizəkarlığı, ailədəki şəxslərin çox bacarıqlı olması və bunun uşağın üstdə basqı yaratması, ailədə danışılmayan sirlərin olması, valideynlərin boşanması ya da bir – birilərinə və uşağa qarşı kobud davranışlar göstərmələri və s. 
6. Məktəbdə yaşanan akademik və ya sosial çətinliklər fizioloji əlamətlərə səbəb ola bilir və ya var olan şikayətlərin şiddətini artıra bilər. 
7. Travmatik hallar və fiziki, cinsəl, duyğusal istismar da fizioloji əlamətlərə səbəb olan yaşantılardır. 
Fiziki əlamətlərlə birgə meydana çıxan hallar: qayğı pozuntuları, depressiya, davranış pozuntuları, akademik problemlər, məktəbə getmək istəməmə, sosial cəhətdən geri çəkilmə (passivləşmə), ailə içi münasibətlərdə gərginliklər. 
Valideynlər uşaqlarına necə kömək edə bilər? 
• Uşağın həyatında stressə səbəb olan faktoru tapın, uşağı qorumaq üçün gərəkli tədbirlər alın.
• Ailə içində, bütün duyğuların (hirs, xəyal puçluğu, qısqanclıq və s. ) qəbul olunduğunu bildirin və  hislərinin ifadə olunması üçün güvənli mühit yaradın. Uşağa öz davranışlarınızla örnək olun. 
• Uşağınızın dilə gətirdiyi fizioloji şikayətlərə göstərdiyiniz diqqəti azaldın.  Bu şikayətlə baş edə bilməsi üçün diqqətini başqa şeyə yönləndirməsinə kömək edin. 
• Uşağın məktəbdə davamiyyətinin aşağı düşməsinə izin verməyin. Bu halla bağlı müəllimini  də xəbərdar edin.  Fizioloji şikayətlər, sinif içi tapşırıqlardan qaçmasına  bəhanə olmasın. 
• Uşağınızın fiziki şikayəti dilə gətirmədiyi günlərdə ona xüsusi diqqət göstərin və birlikdə əyləncəli fəaliyyətlər planlayın. 
• Xəstəliyi dilə gətirdiyi və məktəbə getməyi qətiyyətlə rədd etdiyi günlərdə əyləncəli fəaliyyətlərini və ünsiyyətini ən aza endirin. Oyun, televizor ya da kompüterə izin verməyəcəyinizi, xəstə insanların yataqda qalmasının gərəkdiyini vurğulayaraq ürəyinin sıxılmasını təmin edin. 
• Uşağınızın yanında öz xəstəliklərinizdən, fizioloji şikayətlərinizdən bəhs etməyin. 
• Özünü bacarıqlı hiss etdiyi fəaliyyətləri etməsi üçün fürsət yaradın, ürəkləndirin. 
• Hadisələrə pozitiv baxmağa, sevincinizi itirməməyə çalışın. 
• Problemin uzun müddət davam etməsi və uşağınızın gündəlik həyatını öz təsiri altına alması halında psixoloji yardım almaq üçün mütləq bir mütəxəssisə baş vurun. 
 
Hazırladı: SEVİNC MƏMMƏDKƏRİMOVA 

ŞƏRH YAZIN