Uşaqlarda Su Qorxusu

0
792
Uşaqlarda Su Qorxusu

Uşaqların kiçik məkanlarda duş qəbul etməsinin düzgünlüyünü bildirən Pedaqoq Sedat Demir uşaqlarda su qorxusu haqqında məlumat verdi... Ümumiyyətlə uşaqlarda qorxular ( yıxılma qorxusu xaric ) sonradan yaranır. Bu qorxuların formalaşmasında ətraf mühit və təsirlər mühüm rol oynayır. Bəs uşaqlarda sudan qorxma amili necə yaranır? 

Bu həm valideynlərin yanlış məlumatları ilə həm də uşağın qarşılaşdığı vəziyyətlə bağlı ola bilər. İlk növbədə uşaqlar çox da böyük olmayan məkanlarda duş qəbul etməli və su onun tənəffüsünə mane olacaq şəkildə təmas etməməlidir. Yəni su övladınızın xarici aləmlə təmasını kəsəcək sürətdə və gurluqda olmamalıdır. Uşaqlar evdə suyu nə qədər sevsələr belə, ola bilər ki, dənizdən qorxsunlar. Dənizin sonunun görünməməsi onda qorxu yarada bilər. İlk olaraq uşağın sahildə qumsallıqda zaman keçirməsinə, öyrəşməsinə  izin verərək bir başa dənizə salmamalı, özünü hazır hiss etməsinə  diqqət yetirməliyik. Hovuzlarda əvvəlcə kənardan baxması, oynadılması, sonra  isə suya girməsinə diqqət olunmalıdır. Əgər bir uşaqda su qorxusu varsa ilk olaraq suyun kefini çıxaranlar izlədilməli, mümkünsə həmin yerə yaxınlaşdırılmalı, bunu edərkən güvənə biləcəyi valideynlə birgə suya girməli və onunla təmas halında olmalıdır. Bundan sonra addım – addım suya yaxınlaşdırılmalı və qarşılaşa biləcəyi vəziyyətlər uşağa izah edilməlidir. Bunları edərkən davamlı danışmalı, güvən yaratmalı və qəti şəkildə uşağı məcbur etməməli, xoşagəlməz hadisənin yaşanmaması üçün təhlükəsizlik təmin olunmalıdır.  Evdə duş alınarkən eynilə uşaq ana ilə əlaqəsinin kəsilmədiyini hiss etməli, cinsi kimliyini tanıyırsa öz cinsindən olan valideynlə hamama girməlidir, müəyyən müddət sonra isə özləri sərbəst şəkildə duş qəbul edə bilər.  Uşağa hər mərhələdə güvən təlqin edilməli və uğuru qiymətləndirilməlidir.  

 
 
HAZIRLADI : SEVİNC MƏMMƏDKƏRİMOVA 
 

ŞƏRH YAZIN