Uşaqlarda Unutqanlığın Səbəbləri

0
2276
Uşaqlarda Unutqanlığın Səbəbləri

Unutqanlıq uşaqlıq çağında tez – tez rastlanan problemlərdəndir.  Öyrənilən yeni bir məlumatın xatırlana bilməməsi, əşyaların yerini unutma, ev tapşırıqlarının unudulması ya da məktəb ləvazimatlarını itirmə uşaqlarda ən sıx rastlanan unutqanlıq əlamətləridir. Bəs səbəblər nələrdir? 

1. Öyrənmədə çətinlik: öyrənmə çətinliyi yaşayan uşaqların hamısında unutqanlıq müşahidə olunur.  Çünki bu uşaqların qısa və uzunmüddətli hafizələri yavaş işləyir və yaddaş tutumları məhduddur.  Gec danışmağa başlayıbsa, 5 yaşında olmasına baxmayaraq 10 – a qədər saya bilmirsə, birinci sinifi bitirmiş olmasına rəğmən oxuma və yazma tam formalaşmayıbsa öyrənmə çətinliyindən şübhələnməyimiz normaldır.

2. Xəstəliklər: xüsusilə Fenilketonüri (PKU) xəstəliyi olan uşaqlarda unutqanlıq tez – tez olur. Çünki, bu uşaqların süd və süd məhsulları, ət və ət məhsulları, qoz – fındıq, paxla kimi bir çox məhsullar yemələri qadağandır. Beyin inkişafı baxımından ən önəmli  qida mənbəyi olan proteinin  yetərincə alına bilinməməsi unutqanlıqlara səbəb olur.

3.  Duyğusal travmalar: yetərincə sevgi və qayğı görməmə, ailə içi münaqişələrə şahid olma, duyğusal və fiziki şiddətə məruz qalma kimi hallar uşaqların beyin və diqqət inkişafına da mane olar. Özünü güvəndə hiss etməyən, davamlı olaraq həyəcan və narahatlıq içində böyüyən uşaqlar tez – tez bu problemi yaşayırlar.  

4.  Yanlış və yetərsiz bəslənmə:  ekonomik çətinliklərdən dolayı yetərli qidalanmayan, hazır yeməklərlə bəslənən və həddən çox şirin şey yeyən uşaqlarda təəssüf ki, bu narahatlıq yaranır.  

5. Diqqət əksikliyi: unutqanlıq problemi yaşayan uşaqlarda ən sıx görülən səbəb diqqət əksikliyidir. Diqqət əksikliyi olan uşaq hadisələrə və bilgilərə yetərincə diqqət yetirə bilmir və bu səbəblə çox tez unudur. “Zəkalıdır, amma yaxşı çalışmır” sözünü biz bu cür uşaqlara aid edirik. Cümlənizi bitirmənizi gözləmir, sizi dinləmədiyi hissinə qapılır, söylədiyiniz bir cümləni təkrar etməkdə çətinlik çəkirsə  uşağınızda diqqət əksikliyi olması ehtimalı böyükdür.  

Ailələrə tövsiyələr:  əgər öyrənmə çətinliyindən şübhələnirsinizsə mütləq bir psixoloqa baş vurun.  Çünki, bu uşaqların uzun müddət təlim almaları gərəklidir. Məktəb qabağı dövrdə unutqanlığı önləmənin ən təsirli yolu oxuduğunuz qısa hekayələrlə əlaqəli suallar verməkdir. 3 dənə əşya alın. Diqqətlə baxmasını söyləyin, sonra gözlərini bağlamasını istəyin.  Əşyalardan birini gizlədin və hansının əksik olduğunu soruşun. Bildikcə əşya sayını artırın. Cümlə söyləyin və eynilə təkrar etməsini istəyin. Qısa cümlələrdən başlayıb uzun cümlələrə doğru gedin. Rəqəmlər söyləyin. Siz bitirincə sırayla təkrar etməsini istəyin.  3 rəqəmlə başlayın bildikcə sayı artırın. 5 rəqəmi sırayla xatırlaması məktəb qabağı dövr üçün çox yaxşı nəticədir. Televizor izləməyi, kompüter və tabletlə keçirilən müddəti azaldın. Mümkün qədər təbii qidalarla bəsləməyə çalışın. Şəkər və şəkərli qidalardan uzaq tutun. Evdəki hüzur və güvən ortamının uşağın beyin inkişafı üçün ən önəmli  amillərdən olduğunu unutmayın. 

 
Tərcümə etdi: SEVİNC MƏMMƏDKƏRİMOVA 
 

ŞƏRH YAZIN