Uşaqların İlk Addımları.

0
2158
Uşaqların İlk Addımları.

Yeriməyi öyrənmək uşaqlar üçün ilk addımlarını atdığı zaman inanılmaz maraqlı olur.Çünki bu vaxta qədər qucaqda götürülmüş uşaq öz ayaqları ilə istədiyi yerə getməyə çalışır. Ancaq həvəsi keçdikdə o düşünür ki, qucaqda olmaq daha yaxşı imiş və getməkdən imtina edir. Ağlayaraq onu qucağınıza götürməyinizi istəyir. Bəs uşaqlara qarşı necə davranmaq lazımdır ki, onlar yerimək həvəsini itirməsinlər?Bunun üçün sizə bir neçə məsləhətimiz ola bilər:
-Çalışın ki,yerimək ona əyləncəli gəlsin.Uşağınızla gəzərkən onu əyləndirmənin yollarını tapın; yolda gördüyünüz bütün heyvanları, quşları göstərin, səki daşlarının üzərinə çıxardıb düşürün,oynadın.
-Tələskənlik etməyin.Uşağın ayaqları sizin ayaqlarınıızdan qısa olduğu üçün təbii ki,o yolda sizdən daha tez yorulacaq. Bunun qarşısını almaq üçün onun ritminə uyğun addımlayın və arada fasilə verin. Əgər uşaq ağlayıb getmək istəməsə onu yolun yarısında qucağınıza alacağınızı deyin.
-Onu köməkçiniz edin.Mağazaya getdiyiniz zaman uşağınızın kömək etməsinə icazə verin. Alış-veriş siyahısının bir eynisini ona verin (itirmə ehtimalına qarşılıq bir siyahı da özünüzdə saxlayın). Dönərkən qırılmayacaq yüngül şeylərin olduğu bir paketi daşımasına icazə verin. Onun köməyi olmadan bu qədər şeyi evə apara bilməyəcəyinizi söyləyin.
-Səylərini təqdir edin.Qısa bir yol getdikdə belə onun bu hərəkətini tərifləyib,ona "afərin" deyin.Çünki o, bundan həvəslənərək dediyiniz tərifə uyğunlaşmağa çalışacaq.

 

Korrektə etdi:Günel İbadova

ŞƏRH YAZIN