Geştalt Terapiya

0
4855
Geştalt Terapiya

Tərifi
Gestalt terapiya humanistik dəyərləri ön plana çəkən,insanların keçmişdəki yox,bu andakı duyğu və davranışlarına diqqəti yönləndirən bir terapiya texnikasidir.Terapistin vəzifəsi xəstənin təcrübələrini təxmin etmək deyil,onun öz təcrübələrini və duygularını anlamasına kömək etməkdir.Geştaltın önəm verdiyi sahə keçmiş deyil,indiki zamandır.Terapiya görən insanlara empose edilən düşüncə bu ankı ehtiyac və problemlərinə konsentrasiya olmalarıdır.

Məqsədi
Gestalt terapiyanin əsas məqsədi insanin özünü hər cəhətdən fərqləndirməsidir.Buna gorə terapiyalarda xəstələr öz daxili problemlərini keçmişə basdirmaq yerinə o ankı şərtlərın əl verdiyi ölçüdə,həmin anda həll etməyə çalışırlar. 

Terapist seçimi çox vacibdir.Geştalt terapiyayla əlaqəli kifayət qədər biliyə sahib olmayan bəzı insanlar özlərinə “terapist” desələr də bu cür təcrübəsiz insanlardan uzaq durmalısınız.Bundan əlavə,yenə bəzı insanlar bu cür daxili bir terapiyani götürməyə bilərlər,buna gore Geştalt terapiyaya hazır olub olmadığınıza əmin olmalisiniz. 

Detallar
Geştalt terapiyada ilk zamanlarda qrup terapiyasına üstünlük verilsə də indi birə-bir terapiyalar da mövcüddur.Digər terapiya növlərinə nisbətən daha çox növdə formata sahib olan bu texnika fərdi,cüt,ailə və uşaq terapiyaları da təklif edir. 
Xəstə terapiyalar əsnasında onu narahat edən düşüncə ve duyguları müəyyən edir,onlarla üzləşir.Şüuraltında olan zərərlı vəya yararlı düşüncələri fərqləndirə bilən xəstə bu yolla özündə daha öncə fərqləndirmədiyi özəllikləri görür. 
Geştalt terapiyada ən çox istifadə olunan yan texnikalardan biri rola girməkdir.Məsələn,xəstə özünü narahat edən düşüncəylə birə-bir əlaqəli olan bir insanı yanındaki stulda oturumuş kimi fərz edir və onunla danışıb içini tökməyə,qarşısında xəyal etdiyi insanın da söylədiklərinə verdiyi reaksiyaları xəyal etməyə başlayır.Bu əlavə texnika hər nə qədər qəribə gorunsə də çox vaxt insanların basdırdıqları duyğuları ve düşüncələri ortaya çıxarmaları üçün çox köməkçi olur. 
Rol oynamaq texnikası ilə yanaşı xəstələrin basdırdığı əsəblərini boşalda bilməsi üçün  bəzi obyektləri çubuq vasitəsi ilə döymək texnikası da istifadə olunur.Fərdi terapiya alan xəstə bir neçə seans sonra bir həftə ərzində qrup terapiyalarına girə bilər.Bunun nəticəsində xəstələr inkişafın olub-olmamasını özlərinin müqayisələriylə anlaya bilirlər.Bundan əlavə,bu bir həftə müddətində xəstənin yuxu saatlari azaldılaraq qrup terapiyaları əsnasinda etdikləri müqayisədə şuuraltının daha çox dövrəyə girməsi təmin edilə bilər.Təbii ki belə bir tətbiq,xəstə kəskin olaraq müəyyən bir mental gücə sahib olduqdan sonra edilməlidir. 

Hazırlıq Dövrü
Geştalt terapiya xəstə və terapistin ünsiyyətə girdiyi andan başlayir.Terapiya müddətinin sərhəddini çəkən kəskin qaydalar ya da formatlar yoxdur.Xəstə və terapistin ünsiyyətinin inkişafina paralel olaraq irəliləmə və dəyərləndirmələr qeyd edilir,xəstənin Geştalt terapiyasina nə qədər adaptasiya olabiləcəyindən əlavə xəstə-terapist arasındaki uyqunlaşma da bu dəyərləndirmələrə daxildir.Təssüf,təcrübəsiz terapist,seanslara dərinliklə başlamadan öncəki dəyərləndirmə müddətini təsirli bir şəkildə davam etdirə bilməz,buna gore də irəlidəki mərhələlərdə qeyd edilən irəliləmələr təsirsiz olur.

Seanslar Və Sonrası
Seanslar ümumiyyətlə həftədə bir dəfə edilir.Ancaq xəstənın irəliləmə müddətinə və mental qabiliyyətinə görə seansların tezliyi dəyişə bilər.Xəstələr və terapistlər seansların başlama ve qurtarma tarixlərinə-saatlarina,seanslardakı fəallıq seçimlərinə və bütün terapiyanın qurtarmasına bərabər qərar verirlər.Ancaq son qərarları yenə də xəstənın verməsi məsləhətdir.
 
Korrektə etdi:Günel  İbadova

ŞƏRH YAZIN