Duzlu-Məzəli Lətifələr

0
13938
Duzlu-Məzəli Lətifələr

Mark Tven bir məclisdə qarşılaşdığı qadına kompliment edir:  - Nə qədər gözəlsiniz .
Qadın:  - Çox təəssüf ki, mən sizin üçün eyni şeyi deyə bilməyəcəyəm.  
Mark Tven gülür :- Elə isə siz də mənim etdiyimi edin.Yalan deyin .

 
Gəzməyə çıxmış ərlə arvad dəniz sahilinə çatanda arvad ərinə deyir:
-Ay kişi ,yadındadırmı on beş il əvvəl mən bax,burada suya düşüb boğulurdum.Sən məni xilas etməsəydin indiyə kimi sümüklərim də çürümüşdü.
Kişi dərindən ah çəkib cavab verdi:
-Yadimdadır ,o vaxt camaat dayanıb baxdığı halda bilmirəm mən niyə zirəklik etdim??? 
 
Cavan bir xanım rəfiqəsinə dedi:
-Ərim çox pis adamdir,məni incidir.
-Bəs nə üçün ondan ayrılmırsan?
-Gözləyirəm ki,arıqlayim,bədənim bugünkü modalara uyğun olsun,sonra ayrılaram.
 
Cavan oqlan sevgilisindən soruşur:
-Valideyinlərin evlənməmiz barədə nə düşünür?
-Anam gözləyir ki,atam bir söz desin,o da onun əleyhinə çıxsın.
 
Bir narkoman kilsəyə gəlib orda yanan şamları söndürməyə başlayır.Bunu görən keşiş qaçaraq gəlib şamları yandırır.Narkoman keşişi itələyib deyir:-Sən nə edirsən bu gün mənim ad günümdü.
 
Təzə ərə getmiş qadın üz-gözü qaralmış halda ailə həkiminin yanına gəlir. Həkim deyir:
-Bildiyimə görə sizin əriniz səyahətdədi axı.
Qadın: Bəli,mən də elə bilirdim.
 
Ata oğlundan soruşur:
-Salamlaşdığın adam kim idi?
-Atacan,bu həmin hesab müəllimimizdir ki, evə verdiyi tapsırıqları sən həll edəndə mənə 0 verir.
 
İşdən gəlmiş kişi evdə yeməyin hazır olmadığını görüb evi tərk edəndə arvadı soruşur:
-Ay kişi,hara gedirsən?
-Restorana
-5 dəqiqə məni də gözləyə bilərsən?
-Sən yeməyi 5 dəqiqəyə necə haz:rlayacaqsan?
-Başa düşmədin,ay kişi,məndə səninlə getmək istəyirəm.
 
Korrektə etdi:Günel İbadova

ŞƏRH YAZIN