İşsizlikdən Təngə Gəlmiş Adam Əlindəki Son Pullarını Billboard Kirayələməyə Xərclədi.

0
2741
İşsizlikdən Təngə Gəlmiş Adam Əlindəki Son Pullarını Billboard Kirayələməyə Xərclədi.

İngiltərədə yaşayan Adam Pacitti özünə uyğun bir iş tapa bilməyəndə cibindəki son 500 funt ilə “Adam’ı işə qəbul edin.com” adlı sayt qurub və o, saytın reklamını şəhərin mərkəzindəki billboardda nümayiş etdirib.

İngiltərənin Wight adasında yaşayan, təzəlikcə məzun olan Adam Pacitti gündə ən az 250 iş yerinə müraciət etməsinə baxmayaraq aylardır iş tapa bilmirdi. Nəticədə, çıxış yolu kimi “Adam’ı işə qəbul edin.com” adlı saytı quraraq son pullarını reklamı elan edəcəyi billboarda sərf etdi.

Yalnız 2 müsahibəyə çağırılmışdı. 

Daily Mail qəzetinin verdiyi məlumata görə, aylardır iş yerlərinə gündə ən az 250 CV göndərən Pacitti bu günə kimi sadəcə 2 iş müsahibəsinə dəvət olunub. Bu vəziyyəti dəyişmək üçün belə bir yol kəşf edən 24 yaşlı Pacitti demişdir: “Bu yolla özümü daha aydın ifadə edəcəyəm deyə düşündüm.  Billboardın şəkli sosial şəbəkələrdə sürətlə yayıldı və və sadəcə Twitterdə 7000 nəfər tərəfindən retweet olundu.” Nəticədə Adam Pacitti çoxlu iş təklifi aldı.

ŞƏRH YAZIN