Lətifələr

0
8263
Lətifələr

İki dəli xəstəxanadan qaçmağa qərar verirlər, gecə olan kimi plan hazırlayıb qaçırlar və ertəsi gün xəstəxanaya təkrar dönürlər, dostlarıları soruçur niyə qaçdınız və yenidən təkrar geri gəldiniz? Dəlilər cavab verir dünən məşq etdik, sabah qaçacıq.

Dəlixanada dəlilərə pyes oxudulur. Oxuyub qurtarandan sonra dinləyicilərdən fikirlərini öyrənirlər. Biri ayağa durub deyir: «Pyes xoşuma gəldi. Ancaq orda personajlar yaman çox idi».
Bu dəm sanitar içəri girib soruşur: «Dəlilər, telefon kitabını kim götürüb?»

 Həkim xəstəyə deyir:
- İçməsən, ömrünü uzadacaqsan.
- Düz deyirsiz, doktor! Bir həftə içmədim, həftə mənə il qədər uzun göründü.

Hacı dayı meşədə odun doğrayırmış, bir də görür ki, bir yekə ayı başını aşağı salıb nərildəyə-nərildəyə gəlir. Kişi qorxudan özünü itirir, əl-ayağı başlayır əsməyə, nə qədər istiyir ki, qaçsın ayaqları sözünə baxmır. Hançandan-haçana özünü ələ alıb çıxır ağaca.
Ayı da gəlib dırmaşır həmin ağaca. Hacı dayı qalxır bir az da yuxarı, ayı da onun dalınca. Kişi ağacın lap təpəsinə çatanda görür ki, ayı ondan bir az aralıda dayanıb başlayır armud yeməyə.
Hacı dayı gözləyir ki, ayı armudu yeyib doysun, çıxıb getsin, sonra o da düşüb evinə yollanar.
Bu ara ayı bir dəymiş armudu budaqdan qopardıb Hacı dayıya doğru tutur. Kişi elə bilir allahın heyvanı səxavət göstərib ona meyvə vermək istəyir. Bərkdən deyir:
-Qanacağaa maşallah, dədən evində qalsın. Höylə mərfət sahibisən, yolumnan qaç, düşüm gedim öyümə.
Ayı bu qəfil səsdən diksinir, ayağının altındakı budaq sınır, guppultu ilə yerə diyirlənib ölür.
Hacı dayı ağacdan düşüb onun dərisini soyur, çiyninə atıb evinə gətirir.
Sonralar ayının dərisini hamıya göstərib deyirmiş ki, görən kimi üstünə cumdum, boğazınnan yapışıb boğdum. Amma dəymiş armud görəndə meyvənin sarılığı üzünə keçirdi.

Evlənməyə hazırlaşan cütlük avariyaya düşüb ölür Cənnətə düşürlər. Bəy mələyə vəziyyətlərini danışır. Cənnətdə evlənib evlənəbilməyəcəklərini soruşur.
- Bir baxım deyir mələk.
Aradan üç ay geçdikdən sonra Mələk gəlir və cütlüyə sevincli xəbəri verir:
- Hər şey hazırdı, sizi evləndirəbilərik!
Bəy deyir:
-Yaxşı biz düşündük də evliliyimiz yolunda getməzsə boşanabilərik?
Mələk göy gurultusunu xatırladan səsiylə cavab verir:
- Siz manyaksınız? Cənnətdə nikahınızı qıya bilmək üçün tam 3 ay gəzdikdəm sonra bir molla tapdım. Cənnətdə bir vəkil tapmaq nə qədər vaxt aparar bilisiniz...

 

ŞƏRH YAZIN