Siz Səhərinizi Necə Açırsınız?

0
3142
Siz Səhərinizi Necə Açırsınız?

Yanaşma tərzi...

Qadın səhər yuxudan oyanır. Güzgüyə baxır və başında yalnız üç saç telini görür : "Hmm,-deyir, -" Yəqin bu gün saçımı hörəcəyəm ..." Elə də edir, günü də çox gözəl keçir ...

Ertəsi gün oyanır, güzgüyə baxır. Başında iki saç teli qaldığını görür: " Hmm,-deyir, - Bu gün saçımı iki hissəyə ayıracağam ..." Dediyini də edir, yenə çox gözəl bir gün keçirir ...

Bir ertəsi gün yenə qalxır və güzgüyə baxır. Başında tək bir saç teli olduğunu görür..." Yaxşı, yaxşı,-deyir,-  Elə isə bugün at quyruğu edərəm ..."Elə də edir və çox çox gözəl bir gün keçirir ...

Daha sonrakı gün güzgüyə baxdığı zaman başında bir tək tel belə qalmadığını görür..." Vao - deyə qışqırır ,-bu gün saç dərdim yoxdur ..."

Dünyagörüşü, həyata baxış bucağınız, yanaşmanız hər şeydir… Həyat fırtınanın keçməsini gözləmək deyil, yağışda da gəzməyi bacara bilməkdir…

Korrektor redaktor:Salmanlı Ayna

ŞƏRH YAZIN