Uçan İllər

0
1870
Uçan İllər

İllər, günlər, aylar, saatlar, necə keçdiyini belə anlamadan axıb gedir. İnsan ömrü təxmini altmış ildir onsuz da. Bunun ən azından on ilini özündə bilmədən uşaqlığınla, geri qalanının yarıya qədərini yuxuda, bir qismini də yemək yeyərkən və ya bunun kimi zəruri ehtiyaclarla keçir.Bu gün öz özümə "görəsən sevdiklərimizə və özümüzə kifayət qədər zaman ayıra bilirikmi?" deyə soruşdum. Yoxsa vaxtımızın hamısını çalışaraqmı keçiririk.

Azərbaycandan Amerikaya gedərkən fərqli duyğularla gedilir. İqtisadi çətinliyin daha az olacağı və qısa davamlı işin kafi olacağı düşünülür. Amma zaman keçdikcə görülür ki burada vəziyyət daha dəhşətlidir. Kimi on saat kimi daha çox son dərəcə stressli mühitlərdə çalışıb evə sanki ruhsuz cəsədlər kimi dönür. Başlarda cürbəcür düşüncələr. Vəziyyət belə olunca da həyat yalnız çalışmaq, yatmaq və yemək içməkdən ibarət bir dövr halına gəlir. Bu vəziyyət ictimai həyatımıza da əks olunmuş vəziyyətdə. Arada sırada bir fürsətini tapıb iki üç yoldaş bir araya gələ bilmişiksə əgər  mövzular həmişə dönüb gəzib iqtisadi çətinliklərə gəlir. Bəli "pul" insanın həyatında əhəmiyyətli bir roldur. Amma iplər  kimin əlindədir. Kim kimi idarə edir. Əgər evdə və çöldə başqa bir şey düşünülə bilmir və danışıla bilmirsə, iqtisadi problemlər və iş həyatımız ailə həyatımıza artıq təsir etməyə başlamışsa belə bir düşünüb özümüzü tərəziyə almamızın zamanı gəlmiş deməkdir.
 
İşdən evə gəlindiyində bizə yoldaşları ilə etdiklərini izah etmək istəyən uşağınıza hansımız on dəqiqə dözürük? Hansımız həyat yoldaşımızla əyləncəli bir söhbətə dalırıq? Hansımız uşağımıza kitab oxuyub onunla birlikdə şəkillər çəkə bilirik? Hansımız uşaqlarımızı qarşımıza alıb onlara dəyər mühakimələrindən, sevgidən, hörmətdən, öz mədəniyyətimiz, inancımızdan söz edir? Ana, ata və ailə böyüklərimizi kifayət qədər axtarıb soruşur könüllərini ala bilir bilirikmi? Onlara nə qədər sevdiyimizi söyləməyə zaman var mı? Gedən illər və günləri bir yana qoyaq, saniyələri belə geri gətirməyə gücümüz yoxdur. Bu gedişlə bu günlərə necə gəldiyimizi anlamadığımız kimi ömrümüzün də necə keçdiyini anlaya bilmədən bir baxacağıq onları nə qədər sevdiyimizi belə söyləmədən ən sevdiyimiz insanlar əlimizdən uçub getmiş. İşin pisi bəlkə irəlidə eyni çuxura uşaqlarımız da düşəcək və bu sonsuz dövr belə sürüb gedəcək.
 
Amerikada yaşlılar ümumiyyətlə təkdir. "Christmas" and "Thanksgiving" lər istisna olmaqla insanlar tez-tez ana və ataları ilə görüşməzlər. Marketlərdə son dərəcə yaşlı insanların alverlərini özləri etməyə çalışarkən görə bilərsiniz. Ya da özləri kimi yaşlı bir neçə yoldaşı ilə eyni bölgədə ev tutmağa çalışırlar ki bir-birlərinə dəstək olsunlar. Təbii ki, bu vəziyyət özbaşına meydana gəlmədi. Burada 16 maksimum 18 yaşına gələn gənclər ailəsindən ayrılıb öz nizamını qurmağa çalışır. Ya da ailələri onları elə istiqamətləndirir. Onlarda Qucaqlaşma çox olmur. Əl öpmənin mənasını heç bilməzlər. İşin pisi bu vəziyyətdən narahat  belə olmurlar. Çünki nəyi itirdiklərinin fərqində deyillər. Bəlkə zaman zaman uşaqlarını qarşılarına alıb həyat dərsi verirlər amma nə qədəri doğrudur görəsən.
 
İnsanlar doyumsuzdur. Bunu həyatın hər mərhələsində görmək mümkündür. Əvvəl bir köynək alsam nə qədər xoşbəxt olaram deyən adam daha sonra ona uyğun şalvar istiyər. Şalvarla da iş bitməz bir də ayaqqabı olsaydı keşkə deyər. Sonra corab, sonra papaq. Nəhayət arzu və istəklərin sonu gəlməz. Nə qədər Əziyyət çəkər, heç bir fədakarlıqdan qaçmadan əldə etdiyimiz sərvətlər müxtəlif səbəblərlə əlimizdən gedə bilər. Amma ruhumuz əmanəti təslim etmə zamanına qədər bizim nəzarətimizdədir. Onu yuyub təmizləyib ortaya çıxarda bilər ən ümidsiz zamanlarımızı belə ən xoşbəxt anlara çevirə bilərik. Buyrun sınayaq baxaq. İnsana ən böyük həzzi qucağına alıb, ala bilib, sevdiyi, öpüb oxşadığı övladı mı verir? Yoxsa trilyonlarla sərvəti mi? Başqalarını bilmirəm amma mən övladlarımla keçirdiyim bir anı trilyonlara dəyişmərəm.
 
İnsanlar evlərinin ehtiyacı olan yemək və geyəcəyi təmin etdiyində bütün vəzifəsini etmiş olduğunu düşünür. Amma ehtiyaclar bundan ibarət deyil. Hamımızın sevgiyə, qayğıya, dostluğa ehtiyacı var. Hətta bu ehtiyac yemək içməkdən belə daha əhəmiyyətlidir. İnsan çox az yeyərək xəstələnmədən yaşaya bilər. İpəklər,atlaslar geymədən də yaşayır. Amma Sevgisizlikdən ruh xəstəlikləri xəstəxanaya adam götürə bilməyəcək qədər doludur. Ruhi problemləri olan insanların böyük əksəriyyətinin həyatındakı ən əhəmiyyətli əksiklikləri sevgisizlik və təklik duyğusudur. Gənclərdəki narkotik istifadə etmə nisbəti də ən çox sevgi və diqqətdən məhrum uşaqlarda yüksəkdir.
 
Daha əvvəl də dediyim kimi həyat çox qısa. Zaman sudan belə sürətli axır artıq. Sanki uçub gedir. Çox yaxından tanıdığımız dünyanın sayılı milyarderləri eyni paltarı geyib getmədi mi? İçinə girilən taxtanın keyfiyyəti isə kimin vecinədir. Görəsən hansı canını verərkən "bütün sərvətini ver biz də sənə həyatını geri verək" təklifinə "xeyr" deyərdi. Məşhur bir söz var. "Mal sahibi mülk sahibi hanı bunun ilk sahibi" deyər. Sabah hər şeyi buraxıb getməyəcəyimizin zəmanətini kim verə bilər. Elə isə ağlımızı başımıza alıb ailə və ətrafımızla qucaqlaşmanın zamanı deyil mi? Həyatımızın ən azından beşdə birini sevdiklərimizə və duyğularımıza ayıra bilmərikmi? Bu qədər çətindir yəni? Oyanmaq üçün gərək ki sevdiklərimizi itirməməmiz lazım deyildir məncə. Düşüncələrimizi bu istiqamətdə formalaşdırsaq görəcəyik ki hər şey başqa bir rəng almışdır. 
 
İşləmiyək, pul qazanmağı tamamilə unudaq demirəm. Amma bu duyğunun və ehtiyacın bizi idarə etməsinə imkan verməyək. Həyat qısa. Dünyaya gəliş məqsədimizdə “hansımız daha çox sərvət sahibi olacaq” yarışı da olmasa keşkə. Dünyadan və onun zövqlərindən fani qisminin layiq olduğu qədər faydalanaq. Geriye buraxdığımız əsərlərsə bizi bizdən alıb götürməsin, yox etməsin. İnsanın ən gözəl əsəri yetişdirdiyi övladıdır. Cəmiyyətləri meydana gətirərlər. Dünyanın gələcəyi onlardır. Əgər onları sevgi ilə inam ilə yetişdirə bilmişiksə əgər geriyə çox gözəl bir xəzinə buraxmışıq deməkdir. Əgər uşaqlarımız yetkin hala gəldiklərində yoldaşları və uşaqları ilə oturub anaları və ataları ilə paylaşdıqları gözəl şeylərdən söz edə bilmirsə qazandığımız sərvətin heç bir faydası olmayıb deməkdir.
 
Nəhayət ömür sərmayəsini ən uyğun şəkildə xərcləmək bizim əlimizdə. Zamanımızı yalnız iqtisadi vəziyyətimizə yüklənməyərək, lazım olan hər şeyə lazım olduğu qədər zaman ayıraraq, dünya həyatımızı daha çəkilə bilər hala gətirə bilərik. Arxamızda buraxdığımız insan birliklərinin da bir sıra dəyər mühakimələrinə sahib, daha duyğulu və xoşbəxt olmasına səbəb olmuşuqsa geriyə yaxşı və bitməz bir sərvət buraxmışıq deməkdir. Buraxdığımız bu miras yeni başlayacaq olan əbədi həyatımız üçün yaxşı bir başlanğıc ola bilər. Xoşbəxt başlanğıclar diləyi ilə sevgiylə qalın.
 
 
TƏRCÜMƏ ETDİ:KAMİLLA BAYRAMLI

ŞƏRH YAZIN