Vaxt Az, Iş Çoxdursa ...

0
2262
Vaxt Az, Iş Çoxdursa ...

Kimə baxsanız vaxtın azlığından və işin çoxluğundan şikayətçidir. Deyirlər ki, işi başından aşır, müdriyyət onu həddən artıq yükləyir, teatra, konsertə getməyə vaxt tapmır. Halbuki sutka həmişə 24 saat olub, nəqiliyyat da indiki qədər genişşaxəli olmayıb, insanların məişəti, iş şəraiti, indikindən ağır olub, amma belə şikayətlənənlər, özünə və evinə qapanmalar bu qədər olmayıb. Əgər öz işinizi başa çatdırmağa vaxtınız çatmırsa, əgər istirahət günləri də işləmək artıq sizdə vərdiş halını alıbsa, deməli, sizin iş məhsuldarlığınız sadəcə aşağıdır. Məhsuldarlığımızı azaldan əsas səbəblərlə tanış olaq
Siz nədən başlayacağınızı bilmirsiniz. Sizin gündəliyinizdə daim o qədər işin adı yazılır ki, siz onların hansından başlayacağınızı bilmirsiniz. Nəticədə ağlınıza gələn 1-ci işdən başlayırsınız. Üstəlik, adətən sizin irəli saldığınız iş o qədər də vacib və təcili olmur. Daha mühüm işlərin vaxtında yerinə yetirilməsi və iş gününün axşamdan xeyli keçmiş başa çatmaması üçün hər səhər 10-15 dəqiqənizi planlaşdırmağa sərf edin. Məhz həmin gün yerinə yetirilməsi vacib olan bütün tapşırıqları qeyd edin.
Siz münasib vaxtı düzgün seçmirsiniz:
Çox ola bilər ki, siz mühüm işləri yerinə yetirməkdən ötrü ən münasib vaxtı seçmirsiniz. Məsələn, mürəkkəb məsələləri bazar ertəsi həll etmək məsləhət deyil. Çünki istirahət günündən sonra məhsuldarlıq aşağı olur. Həftənin ən məhsuldar günü isə çərşənbə axşamıdır.
Fikrinizi yayındırmağa imkan verməyin: Siz həm öz həmkarlarınız həm işə dair, həm də müxtəlif boş şeylərə görə sizi işdən ayırırlar. Əgər həftənin hər hansı günü sizin iş qrafikiniz çox gərgindirsə, iş yoldaşlarınıza nəzakətlə başa salmağa çalışın ki, siz bu mövzunu ya nahar fasiləsində, ya da işin axırında böyük həvəslə onlarla müzakirə edəcəksiniz. Etirazınızı bildirməyə utanmayın, əks halda siz müntəzəm olaraq işdə ləngiyəcəksiniz.
Siz özünüzə heç dinclik vermisiniz:
Siz bütün günü qurulmuş avtomat kukla kimi çalışır, bircə dəqiqə belə dincəlmirsiniz. Buna görə də təəccübləməyə dəyməz ki, iş gününün sonuna yaxın iş qabiliyyətiniz 0-a düşür. Heç olmasa, hər iki saatdan bir 5-10 dəqiqə fasilə edin ki, bir qədər dincələsiniz. Belə fasilələr həm sizi yorulmağa qoymaz, həm də sağlamlığınza zərər vurmaz.
Masanın üstü qalaq-qalaqdır: Təəssüf ki, kağız qalaqları bizim işimizə yalnız mane olur. Biz vaxt itirmədən işə başlamaq əvəzinə qalaq-qalaq kağızların arasında gərəkli sənədlərin axtarışına zaman itiririk. İş yerində səliqə yaradın ki, lazımlı kağızlı tez tapasınız. Bundan başqa, psixoloqlar hesab edirlər ki, təmiz və səliqəli iş stolu insanın məhsuldarlığına müsbət təsir göstərir.
Danışıqlar və yazışmalar da plan istər: Tez-tez telefonla danışmaq və elektron poçtla yazışmalar da bizim məhsuldar çalışmağımıza mane olur. Hər gün bütün bunlara xeyli vaxt itiririk. Belə vaxt itkisinə yol verməməkdən ötrü çalışın ki, gün ərzində elektron poçtla yalnız ən vacib məktublara cavab verəsiniz, o qədər vacib olmayanları isə iş gününün sonuna saxlayın. Əgər imkan varsa, telefon zənglərinə də bu cür vaxt ayırın. Həmsöhbətlərinizlə razılığa gələrək hər ikiniz üçün rahat bir vaxtda telefonla söhbət edin.

 


Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN