Vaxt niyə gah sürətli gedir, gah da yavaş?

0
3134
Vaxt niyə gah sürətli gedir, gah da yavaş?

Bəzən vaxt o qədər sürətli gedir ki, tutub saxlamaq istəyirsən, bəzən də o qədər yavaş irəliləyir ki, əsəblərin gərilir.

Psixoloqların rəylərinə əsasən vaxtın niyə tez, niyə gec getməsinə səbəb ola biləcək 6 fakt aşağıdakılardı :

1.Bizim vaxt-zaman qavrayışımıza çox vaxt psixoloji amillər təsir edir. Alimlər bir eksperiment keçiriblər. Onlar bir otaq ayırıb, otağa iştirakçıları salıblar. Birinci tapşırıq iştirakçıların gələn görüşdə söhbət etmək istədiyi insanı seçməsidir. Görüşdən sonra onlar hər bir iştirakçını ayrı-ayrı otağa salıblar. Bəzilərinə deyiblər ki, heç kim səninlə görüşmək istəmir, səni seçən olmadı. Digərlərinə isə deyiblər ki, hamı səni seçdi. Birincilər içəridə vaxtın gec keçməsindən şikayətlənərkən, hamı tərəfindən seçilənlər deyiblər ki, vaxtın necə keçdiyini hiss etməyiblər.

2.Diqqət və yaddaş. Hələ bilmədiyin yeni bir şeyi öyrənməyə vaxt daha çox gedir. Buna görə də tanımadığın yerə gedərkən yol daha uzun gəlir.

3.Keçmişlə bu gün. Bizim beynimizdə monotonluq təcrübə kimi kodlaşdırılır. Məsələn, indi xəstəyiksə, bizə elə gələcək ki, vaxt cox gec gedir. Amma keçmişdəki xəstəliyimizi yada salanda həmin zaman bizə çox qısa gəlir.

4.Yaş da keçmişin dərkində önəmli rol oynayır. Beş yaşınız olanda elə bilirsiniz ki, çoxlu vaxt var. 50 yaşınızda isə vaxtın az olduğunu hiss edirsiz.

5.Təcrübə. İnsan yaşlandıqca təcrübəsi o qədər olur ki, hər şeydə vaxtın tez keçdiyini hiss edir. Belə halda yeni, maraqlı işlərlə tanış olmaq məsləhət görülür.

6.İnsanların beynində gələcək çox, lap çox vaxtın olduğu yerdir. Belə bir təcrübə keçirək: məşhur adamdan onunla görüş üçün on dəqiqə ayırmasını istəyin. O, sizə vaxtının olmadığını bildirəcək. Amma bir il sonra görüş üçün bir saat istəsəniz dərhal razılıq verəcək.


 

ŞƏRH YAZIN