Bu Sözləri Unudun!

0
2998
Bu Sözləri Unudun!

"Heç bir şey yoxdu."

Sifətiniz beş qarış və əsəbi olduğunuz hər halınızdan bəllidir. Yoldaşınız yanınıza gəlib sizə nə olduğunu soruşduğunda qətiliklə "heç, bir şey yoxdur" deməyin. Çünki üzünüz onsuz da sizi ələ verir. Onun təxmin etməsini gözləsəniz daha çox gözləyərsiniz.

"Bu nə geyimdir belə?"

Kişilər qadınlar kimi nə geyəcəklərini saatlarla düşünməzlər, bu səbəblə paltarların tənqid olunmasından nifrət edərlər. Əgər üzərindəkini bəyənməsəniz ona gözəl bir şəkildə "məncə sənə o biri daha çox yaraşır" deməniz kifayətdir.

"Səncə gözəldirmi?"

Birlikdə bir yerlərə getdiyinizdə gördüyünüz gözəl qadın üçün "səncə gözəldirmi?" deyə bir sual soruşmağınız kişiləri hövsələdən çıxardır. Çünki hansı cavabı verirlərsə versinlər xoşbəxt ola bilməyəcəyinizi bilərlər. "Xeyr" desələr inanmayacaqsınız, "bəli" desələr dalaşacaqsınız. Bu ikiləmi yaratmamaq adına bu sualı da soruşmayın. Kişilər bəzən elə sözlər söyləyərlər ki, eşitdiklərinizə inanmaqda çətinlik çəkərsiniz. Lakin günahı yalnız onlara atmaq bacarıq deyil. Çünki kişilərin də eşitməkdən xoşlanmadığı sözlər vardır.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN