Həyatınızdakı Divarları Uçurun

0
4928
 Həyatınızdakı Divarları Uçurun

İstədiyiniz sözü deyə, istədiyiniz davranışı edə bilirsinizmi? Bəli, ancaq harasa qədər. Harasa qədər irəliləyirsiniz, ancaq orada sanki gözəgörünməz divar qarşınızı kəsir. 

“Bu adamla bura qədər səmimi ola bilərəm, bu adamdan maksimum istəyəcəyim bura qədərdir, maksimum bu yerə çata bilərəm...” kimi düşüncələrinizi dilə gətirməsəniz də içinizdən keçirmisinizmi heç? Bu divarlarlar sizin sosial sərhədlərinizdir. Divarlar hörmüsünz. Fərqində olsanız da, olmasanız da...
 
Bir iş adamına koçluq edərkən, onun qazanacaqları ilə bağlı zehnindəki limiti kontrol etməyi qərara aldım. Neçə vaxt idi ki, heç cür artım olmurdu. Analiz zamanı zehnindəki divarın beş yüz min manatın tam sərhəddində hörüldüyü ortaya çıxdı. “Bundan artıq varlansan nə olar?”, deyə sualı yapışdırdım. “Mənə elə gəlir ki, bundan artıq qazansam əlimdən alarlar”, deyə cavab verdi. “Kim beş yüz min qazanırsa əlindən alırlarmı? Elə insan yoxdurmu ki, beş yüz min qazansın, ancaq əlindən almasınlar?” deyə suallara davam etdim. Çaşqınlıqla baxırdı. Divarların yavaş-yavaş yıxıldığını onun gözlərindən görürdüm. O yenə divar hördü, ancaq bu dəfə beş milyonun sərhəddində idi...
 
NLP-nin qüvvətli sualları sərhədləri genişlətməyə kömək etmişdi...
 
İstəsək də, istəməsək də həyatımız divarların içərisində keçir. Önəmli olan bu divarları hansı sərhəddə hörməyimizdir. Divarları yıxmasaq, dəyişimdən söhbət belə gedə bilməz. 
Satış sahəsində işləyənlərin kabusu olan bir məsələyə toxunmaq istəyirəm: Yad adamlarla ünsiyyət. Sizə tanış olmayan bir insana yaxınlaşarkən, az və ya çox miqdarda stress hiss edirsiniz. Bəzilərində bu stress dözülməz miqdardadır, ona görə də insanlar onlara yaxınlaşana qədər heç kimə yaxınlaşmırlar. Gənclərin bir çoxunda bu qarşı cinslə tanışlıq zamanı özünü biruzə verir. 
 
Divarları aşan insanları bir çox hallarda “acgöz”, “sırtıq”, “həyasız”, “tərbiyəsiz”, “üzlü”, “yalançı”, “şorgöz” və s. kimi neqativ etiketlərlə damğalayırıq və onlar kimi olmamağa çalışırıq. Bəs sizin fikrinizcə, o insanlar özləri haqqında siz onlar haqqında düşündüyünüz kimi düşünürlərmi? Onlar özlərinə bu etiketi vururlarmı? Xeyr! 
 
Əvvəlcə diqqəti bir məqama vermək istəyirəm ki, sizin başqasına vurduğunuz etiket, onun davranışlarına baxaraq gəldiyiniz qənaətdir. Yəni ortada sadəcə müəyyən davranışlar var və sizin etiketiniz , onu necə qavradığınıza əsasən çıxardığınız mənadır. Həm də davranış səviyyəsində deyil, KİMLİK səviyyəsində. Misal üçün, bir adam tanımadığı bir adama yaxınlaşaraq onunla sərbəst dialoqa girə bilirsə, bu onun davranış şəklidir. Bəziləri isə ona “üzlü” deyirlər. “Filankəs üzlü adamdır” deyirsinizsə, deməli ona bir kimlik etiketi vurmusunuz.
 
Məsələnin digər tərəfinə baxdıqda isə, iş bir az fərqli şəkil almağa başlayır. Əgər sizin “acgöz” adlandırdığınız şəxs, özünə “acgöz” desəydi, heç zaman daha çox qazanmağı istəməzdi. Necə ki, bəziləri fərqində olmadan özlərini belə etiketlərlə məhdudlaşdırırlar. Birindən bir şey istədiyiniz zaman zehniniz divara çatır və davranışlarınızı dərhal məhdudlaşdırmaq üçün əmr verir: “Bəsdir! Bundan o tərəfə getsən sənə acgöz deyərlər”. Bəs o zaman istəkləri daha çox olan insanlar özlərinə hansı etiketi vururlar? Təxmin edirəm ki, “iddialı” və ya “ambisiyalı” deyə bilərlər. Eyni qaydada sizin “üzlü” adlandırdığınız şəxs, özünü “ünsiyyətcil” və ya “güvənli” şəklində mənalandırır. O başqasına ürəklə yaxınlaşırsa, əmin olun ki, onun üçün bu davranışın mütləq bir pozitiv mənası var. Sizin gördüyünüz “abırsız” da belədir, “şorgöz” də...
 
Bu sadaladıqlarım sadəcə dəryada bir damla qədərdir və fərqindəlik üçündür. Həyatda uğurlu nəticələr almağınız üçün zehninizdəki işə yaramayan proqramları dəyişdirərək, divarları uzaqlaşdırmalıyıq.
 
Həyatınızda hər şeydə - öyrənmədə, vəzifəyə yüksəlmədə, tapşırıqların məsuliyyətini götürmədə, qazanmada, sevgidə, bazar payında, idarəetmədə, idmanda və digər bütün sahələrdə gözəgörünməz divarlar əhatəsindəyik. Onları fərq edib ortadan qaldırmadıqca, həyatımızda dəyişim yaratmağı ağlımıza belə gətirməsək daha yaxşıdır. Bunu dilimizin ucunda “yox mənim divarım yoxdur və ya çox uzaqdadır” şəklində pışıldasanız da, özünüzü aldadırsınız. Çünki, son sözü ŞÜURALTI deyir. Onu inandırmağınız lazımdır. 
 
Babək Bayramov
NLP Master Trainer
 
NLP təlimləri barədə ətraflı məlumatı aşağıdakı linkdən ala bilərsiniz :
 

ŞƏRH YAZIN