Endirim Istəməmək Üçün 3 Səbəb

0
3995
Endirim Istəməmək Üçün 3 Səbəb

Əgər endirim istəmək bizə çox şey qazandırırsa, niyə də daha çoxunu istəməyək? Endirim istəyib-istəməməyə qərar verməzdən əvvəl aşağıda yazılanlar barədə düşünməlisiniz.

1.Endirim istəmək narahatçılığa səbəb ola bilər.

Bir çox insan endirim istəyən zaman narahatçılıq çəkirlər. Əksəriyyət halda insanlara endirim istəmə prosesi “utandırıcı”, “narahatliq verici” gəlsə də, bəzi insanlara isə “əyləncəli”, “gülməli” və “həyəcanlandırıcı” gələ bilir. Endirim istəməkdən zövq alan insanlar, bu halın onların həyatlarını dəyişdirdiyini söyləyirlər.

19 Avqust, 2006-da çap olunan “Hər şeyə necə endirim etdirmək olar? Sadəcə soruşun” başlıqlı bir Voul Strit jurnalının məqaləsində, bir çox mehmanxanalardakı resepşın işçilərinin 10-25% qədər endirim etmək haqları olduğu yazılmışdır.

2.Qazancınız çəkdiyiniz əziyyətə dəyirmi?

İnsanların endirim istəyərkən hiss etdikləri narahatçılığın səbəbi, çox zaman qazanclarının çəkdikləri əziyyətə dəyməyəcəyini düşünməkləridir. Məşhur professor Maks Bazermen “Ağıllı Pul Qərarları” kitabında bir hekayədən danışır. Televizor alan zaman çox araşdırma aparmış fərqli modelləri müqaisə etmişdir, hardasa 20 saat çəkən bu araşdırmadan sonra 120 dollar qənaət edə biləcəyini anlamışdır. Sizcə bu zəhmət edilən qənaətə dəyirmi? Bunun cavabı zamanımızı necə keçirtmək istədiyimiz ilə əlaqəlidir. Professor Bazermen zamanının dəyərini heçə sayaraq böyük bir səhvə yol vermişdir, çünki itirdiyi 20 saata daha çox şey əldə edə bilərdi. Həyatın bir saatının dəyəri əlbətdəki 6 dollardan çoxdur.

3.Endirim istəmək bəzən riskli də ola bilər.

İşdə vəzifəyə təyin olunduğunuzu düşünün, müdirdən əlavə nələrsə istəyə bilərsinizmi? İstəklərinizin qanuni haqlarınız olub-olmadığını bilməlisiniz, əks halda bu istək ya da təkliflər riskli hal daşıya bilər.

Endirim istəməmişdən əvvəl özünüzə bu sualları verin:

1.Özünüzü rahat hiss edirsinizmi (endirim istəyərkən)?

2.Bu endirimdən qazancınız, çəkdiyiniz əziyyətə dəyərmi?

3.Qazancınız ( əlavə istəkləriniz ) girdiyiniz riskə dəyəcəkmi?

ŞƏRH YAZIN