Keçmişə Baxıb Kaş Ki Deyib Peşman Olanlardanmı, Yoxsa Yaxşı Ki Deyib Sevinənlərdənsənmi

0
5276
Keçmişə Baxıb Kaş Ki Deyib Peşman Olanlardanmı, Yoxsa Yaxşı Ki Deyib Sevinənlərdənsənmi

Uşaqlıq xəyallarına baxıb  "yaxşı ki" deyənlərdənsənmi yoxsa  "kaş ki" deyib peşman olanlardanmı? Uşaqlıq arzularına qovuşanların başladıqları nöqtə ilə gəldikləri nöqtə arasındakı fərq sadəcə hiss etdikləridir. 

Uşaqkən hər birimizin qurduğu xəyallar var yada karyera addımlarında əldə etmək istəyimiz məqamlar. Bunları bəziləri həyata keçirir bəziləri isə yox. Amma bu yaddaşımızdan heç vaxt silinməz. Bəzən bu hiss peşmançılığa bəzən isə sevincə çevrilər. Bu gün gəncliyiniz, uşaqlığınız qapınızı çalsa sizə "kaş ki" deyər yoxsa "yaxşı ki"?! Əmrə çox çalışıb xəyallarındakı maşına sahib olub, Zeynəb böyük bir şirkətdə satış meneceri olaraq işə başladı və idarə qatına kimi yüksəldi, afərin ona. Gül isə şirniyyat dükani sahibi, müştərilərinə təklif edə biləcəyi dadlı şirniyyat hazırlamaqla məşğul. Bu hekayələr bir Reklam filmindən....
 
Ümumilikdə ən həyacanlı vaxtlarında - uşaqlıq illərində hər kəsin xəyalını qurduğu,özünü görmək istədiyi bir yer vardır. Mümkün yada qeyri-mümkün ama həyatın nə gətirəcəyi də bəlli olmaz. Həyat qalibiyyət əhvalatlari ilə doludur, məğlubbiyyət əhvalatlarıylada. Gəncliyində limon, simit satıb önəmli yerlərə gələnlər də var bütün əziyyəti  boşa çıxanlar da.
 
Biz də bəzi adamları gənclik vaxtlarına apardıq, keçmişə baxınca nə gördüklərini soruşduq. Memarlıq məzunu Sahil Memacanın karikaturanı seçməsindən peşman olmadığını,Emel Sayının 5 yaşındakı xəyalına qovuşduğunu öyrəndik.Sadəcə orta məktəb məzunu olduğu halda Zaman  idarə müdürü olan Ramazan Kayanın, böyük uğurları olmasına baxmayaraq daha çox şey edə biləcəyini  düşündüyünü öyrəndik. Memmed Bəşir Öztürkcan isə "kaş ki ola bilərdim" deyir. Ah edir o illərə, kaş riyaziyyat müəllimi ola bilsəydim deyir. Doğrudan sizdən soruşaq bir də "GƏNCLİYİNİZ YAXUD UŞAQLIĞINIZ QAPINIZA GƏLSƏ NƏ DEYƏRDİ?"
 
Yaxşı ki cəsarətli davranıb  karikaturaçı olub.
Salih Memecan: Gəncliyimdə Semih Balcoğlu məşhur karikaturaçı idi. Ankarada bir sərgi açmışdı ora getdim. O vaxtlar memarlıqda oxuyurdum və bir qəzet üçün karikatura çəkirdim. Ancaq bu sahadə pul qazana bilməyəcəyimi düşünüb memarlığı seçdim.Mənə bu sənəti seçməyimin səbəbi olan bu cümləni dedi:" Mən qazanıram, sən niyə qazana bilməyəcəksənki?"  Təhsilimi bitirdim və çəkməyə başladım. Bu vaxt düz yolda getdiyimi hiss etdim. Buna görə gəncliyim mənə " YAXŞI Kİ CƏSARƏTLİ OLUB BU SƏNƏTİ SEÇDİN" deyir
 
Ağır oldu ama istədiyimi əldə etdim.
Emel Sayın: 5 yaşında olanda mahnı oxuyum hər kəs mənə qulaq asmasını istəyərdim. Uşaqlıq arzum məhşur olmaq idi. Gəncliyimin mənə dediyi şeylər " ÇOX ÇƏTİN GÜNLƏRİN OLDU, AĞIR OLDU AMMA MÜBARİZƏ APARDIN" kimi cümlələr deyir. Ona görə vicdanım, ürəyim rahatdı. Çox yorğun ama xoşbəxtəm. Ən böyük mükafatım sevgi və hörmətdir. Mənim üçün ən böyük xoşbəxtlik budu.
 
Ramazan Kaya :Bu yaşa gəldim həyat mənə hər şeyin məqam, mövqe olmadığını sübut etdi. Bir  uğur əldə edirsənsə bu uğur ancaq insanlığa xidmət etməklə mənalı ola bilər. Arzu etdiyim yerdəyəm. Gəncliyim mənə yaxşı şeylər deyərdi amma daha yaxşı şeylər də edə biləcəyimi pıçıldardı qulağıma.
Yoldaşımı və işini seçməkdə doğru qərar verdim.
 
Adnan Tanrıverdi:  İnsanın həyatda ən vacib iki məqamı var. Həyat yoldaşını və işini seçməsi. Bu iki mövzuda gəncliyim məni təbrik edərdi. Əsgərlik illərimdə özümə işimi tapdığımı dedim. Daha sonra general olmaq arzum vardı bu həyata keçdi. Arzularıma çox tez çatdığımı deyə bilərəm. Gənçliyim mənə dünya həyatına paralel olaraq axirət həyatıma da diqqət etməyim haqda deyərdi yəqin ki.
 
Bunlar onların hekayələridir. Bəs sənin hekayən nə? Uşaqlığın qapına gəlsə nə deyərdi?
 
 
Tərcümə edən: Bəsti Mehralıyeva

ŞƏRH YAZIN