İradəm Çatmadı...

0
6884
 İradəm Çatmadı...

İnsanların əksəriyyəti dəyişim üçün iradə gücünün əsas faktor olduğunu yanlış düşünərək özlərini yeni davranışlara məcbur edirlər. Özünüzü məcbur edərək ingilis dilini öyrənmək, idmana getmək, yeməyi azaltmaq istəyirsiniz. Lakin, özünüzü nə qədər bir işə məcbur etsəniz, bədəninizdə o qədər güclü müqavimət yaratmış olarsınız.

Dil öyrənməyə özünüzü məcbur etsəniz, beyniniz o dilə o qədər çox ağrı bağlayacaq, pəhrizə nə qədər iradə tətbiq etsəniz, daha çox yemək arzusunda olarsınız. 
 
Diqqət etməyiniz lazım olan bir məqam var : ŞÜURALTI !!!
Siz bu qərarları şüurlu şəkildə verirsiniz, şüuraltınız isə başqa cür düşünür. Şüuraltı hər nə edirsə, hesab edir ki, sizə vacib bir xidmət göstərir. Onun bütün niyyətləri pozitivdir. O ağrı ilə şərtlənən hər şeydənsizi uzaq tutmağa çalışır. 
 
Əsl dəyişim o demək deyil ki, özünüzü pəhrizə məcbur edəsiniz, əsl dəyişim odur ki, istəsəniz də ürəyiniz yemək istəməsin. Əsl dəyişim odur ki, ingilis dilini öyrənəndə, idman edəndə və ya işləyəndə davranışlarınız həzz duyğusu ilə müşayət olunsun. 
 
Zorla motivasiya olmaz! Motivasiya odur ki, həyatınızı özünüzə ağrı verərək deyil, davranışlarınızı həzzə bağlayaraq davranasınız.
 
Həyatında dəyişim yaratmaq istəyən insanlar, şüuraltının fikrini dəyişdirərək, özlərini uğura proqramlamağı bacaran insanlardır.
 
Guya davranışlarınızın nə qədərini şüurlu olaraq edirik ki?... Başqa şəkildə davranmalı olduğumuzu bilə-bilə, eyni şəkildə davranaraq eyni nəticələri hər gün almırıqmı? 
 
Özümüzlə bacarmadığımızı etiraf etsək də - etməsək də bu faktlar gündəlik həyatda baş verməkdədir. Əgər bu gün qərar verib, həyatımızdakı qısır döngüləri dayandırmasaq, ola bilsin ki, ömrümüz boyu heç nə yaxşılığa doğru dəyişməyəcək.
 
İnsanlar mənim yanıma qarışıq beyinlə gəlirlər, bənzər həyat hekayələrini hər gün eşidirəm. Hər kəsdən şikayətlənirlər, hər prossesdən şikayətlənirlər, hökumətdən şikayətlənirlər, dünyadan şikayətlənirlər.... Hər kəs günahkardır sanki, özlərindən başqa. Heç kimin aynanı özünə çevirmək ağıllarına belə gəlmir. 
 
Mənə elə gəlir ki, insanlar özlərini sıxıntıya salmaqdan ötrü əllərindən gələni edirlər. Həyatı dəyişmək üçün 5-10 ilə ehtiyac yoxdur, 1 ana ehtiyac var. O an dəyişimə qərar verdiyiniz andır. O an həyatın istiqaməti dəyişir. Bunu dildə demək azdır, ürəklə təsdiq edib, əməllə gerçəkləşdirmək lazımdır. Güclü həyatları güclü qərarlar yaradırlar və əmin olun ki, hər birimizin içində bu GÜC var. 
 
Əsas məsələ nə istədiyinizə qərar verməkdir, gerisi strategiyalardan ibarətdir dostlar. Əgər nə istədiyinizi bilirsinizsə, o istiqamətdə hərəkət edə bilmirsinizsə və ya etsənizsə də alınmırsa, deməli zehni strategiyalarınız sizin istəklərinizin əksinə doğru işləyir. Sizi zəiflədən strategiyalarınız var.
 
Nə istədiyini bilən insana dünya çəkilər yol verər. Necə edəcəyinizi bilmirsinizsə, öyrənə bilərsiniz. İnsanın müthiş öyrənmə bacarıqları var. Mən "Mənlik deyil, beynimə girən deyil, mənə görə deyil və s." deyib, sonradan dəyişən xeyli insan görmüşəm. Bu insanlar edə bilən, ancaq edə bilməyəcəklərinə ürəkdən inanan insanlar idi. 
 
İnancalarınız icazə vermədikcə, heç nəyi dəyişə bilmərsiniz. insanların inanclarını dəyişdirəndə bacarıq və davranışları avtomatik olaraq dəyişir, buna mən hər gün daha çox əmin oluram. 
 
Xalqımı, dövlətimi, vətənimi çox sevirəm və GÜCLÜ olmasını istəyirəm. Ən böyük resurslarımız neftimiz, qazımız, məhsullarımız deyil, insanlarımızdır. 
 
Gəlin birlikdə, içimizdə yatan, ancaq ucuna belə toxunmadığımız NƏHƏNG potensialı üzə çıxaraq. Özümüzü, dövlətimizi və xalqımızı gücləndirək!
 
Babək Bayramov 
Fərdi Performans Koçu
 
NLP təlimləri barədə ətraflı məlumatı aşağıdakı linkdən ala bilərsiniz :

ŞƏRH YAZIN