O zaman, siz Aşiqsiniz!

0
2466
O zaman, siz Aşiqsiniz!

 Bir sevgini nə bəlli edər? Təbii ki, insanın addımları, düşündükləri, hissləri... Aşiq olduğunuzu da məhz belə bilə bilərsiniz. 


Məsələn, "Səni sevirəm" deməyə doymursunuzsa.
 
2- Ən baxımsız halınızı belə görməsinə fikir vermirsinizsə.
 
 3- Ən baxımsız halınıza belə xoşuna gəlirsə.
 
4- Ən sərxoş olduğu zamanlarda belə, əsla sizə köhnə sevgilisinin adıyla xitab etmirsə.
 
5- Köhnə sevgilinizi gördüyünüzdə birşeylər hiss etmirsinizsə.
 
 
6- İş səyahətinə çıxdığında ondan xəbər ala bilmədiyinizdə, əsəbiləşmək yerinə, başına bir şey gəlməsindən narahat olursunuzsa.
 
7- Qəzetləin 3-cü səhifəsini oxuyarkən gördüyünüz pis xəbərlər sizi çox təsir edirsə və "ya o da belə bir qəzaya düşsə" deyə düşünüb təlaşa qapılırsınızsa.
 
8- Başınız çox ağrıdığında, yatmanıza kömək etmək üçün, bütün gecə sizə Sindrellanı və Robin Hoodu izah edirsə
 
9- Birlikdə şirniyyat hazırlayarkən çox əylənirsinizsə.
 
10- Alış-verişten sonra sizinlə maraqlanırsa. Amma yalnız kredit kartı borcunuzu öyrənmək üçün deyil, aldığınız şeyləri görmək üçün.
 
11- Ehtiyatda adam tutmaq xasiyyətiniz, əsrarəngiz bir şəkildə sizi narahat etməyə başladısa.
 
12- Sizin üçün çox əhəmiyyətli bir yığıncaqda, üzünüzdə bir gülümsəməklə xəyallara dalırsınızsa.
 
13- Ən axmaq eşq mahnıları belə sizə son dərəcə mənalı gəlirsə.
 
14- Köhnə filmlər sizi ağlatmağa başladısa.
 
15- Ətrafınızdakılar, sizin çox daha anlayışlı və müsbət biri halına gəldiyinizi söyləməyə başladılarsa.
 
16- Daha telefon çalarkən, onun axtardığını anlayırsınızsa.
 
17- Siz səyahətdəykən, hər gün çiçəklərinizi sulamaq üçün sizə uğrayırsa.
 
18- Sizə avtomobil istifadə etməni öyrədərkən, səbrini sonuna qədər mühafizə edə bilirsə.
 
19- Saçınızın rəngini bir ton belə dəyişdirsəniz, fərqi anlayırsa.
 
20- Bir-birinizin kredit kartı şifrəsini bilirsinizsə.
 
21- Ananızla sevgi dolu bir səs tonuyla danışırsa.
 
22- Anasıyla sevgi dolu bir səs tonuyla danışırsınızsa.
 
23- Hələ evlənmədən uşaq adlarından bəhs etməyə başladınızsa.
 
24- Onsuz tətilə çıxışınız və bütün vaxtınızı telefon başında onu nə qədər çox darıxdığınızı izah edərək keçirdiniz.
 
25- Canınız işə getmək istəmədiyində sizin üçün müdirinizi arayıb xəstə olduğunuzu söyləyirsə.
 
26- Siz kilo aldıqda, tombul qadınları sevdiyindən bəhs edirsə.
 
27- Üzərində son dərəcə köhnə moda geyimlər olsa belə, onunla ən yaxın yoldaşlarınızın uğrak məkanı olan bara getməkdən narahat olmursunuzsa.
 
28- Sizə durduq yerə çiçək alırsa.
 
29- Sizə hələ də oyuncaq ayılar və tüklü itlər alırsa.
 
30- Nə qədər gizlətməyə çalışsanız da, bu gün sizin üçün pis gedən bir şeylər olduğunu fərq edirsə.
 
31- Yorğun olduğunda belə sizə sevə sevə masaj edirsə.
 
32- Onun üzündən təhsilinizi yarım buraxmanın və ya karierinizə zərər verəcək bir addım atmanın "fədakarlıq" olduğunun fərqindədirsə.
 
33- Başınız sıxışdığında ilk ağılınıza gələn onun qoruyucu çiyinlərinə ehtiyacınız olduğudursa.
 
34- Sizin üçün yemək, təmizlik hətta ütü edirsə.
 
35- Yoldaşlarınızla vaxt keçirməniz və onun xaricində də bir həyatınız olması mövzusunda sizi dəstəkləyirsə.
 
36- Xüsusi günləri əsla unutmur və kiçikdə olsa mütləq bir hədiyyə alırsa.
 
37- Sizin üçün ağlamaqdan utanmır hətta bunun üçün qürur duyursa.
 
38- Çox pula ehtiyacınız olduğu bir dövrdə heç düşünmədən kompüterini sata biləcək qədər düşüncəlidirsə.
 
39- Bir problemi olduğunda eyham yoluna getmək yerinə açıq açıq danışmağı seçirsə.
 
40- Bir şarj aparatı kimi enerjinizi təzələyirsə.
 
41- Gecənin bir yarısı, yalnız sizi sevdiyini söyləmək üçün zəng edirsə.
 
42- Necə olsa birlikdə yaşayırsınız deyə özünü boş vermirsə. Əlaqənizi təzə tutmaq üçün səy sərf edirsə. Məsələn ən sevdiyiniz restoranda rezervasiya etdirib sizə sürpriz və romantik bir gecə hazırlayırsa.
 
43- Sizə uyğunlaşmaq üçün tennis dərsləri alırsa.
 
44- Birlikdə rəqs dərsləri almağı təklif edirsə.
 
45- Gecə klublarında getməkdənsə, sizinlə evdə video seyr etməyi seçirsə.
 
46- Pijamalı halınızı gecə klublarındakı təəccüblü qadınlara dəyişirsə.
 
47- Özü acılı sevdiyi halda, sizin üçün yeməyi acısız ismarlayırsa.
 
48- Sizin üçün dünyanın o biri ucuna gedərsə.
 
49- Sizə gözü kimi baxırsa və gözləri 6 nömrə xarab deyilsə.
 
50- Sizə hər gün "Sevgililər Günü"dürsə, o zaman siz aşiqsiniz!

ŞƏRH YAZIN