Onlardan sizə fayda gəlməz!

0
1712
Onlardan sizə fayda gəlməz!

 Bəzən tanıdığınız insanlar sizin üçün ən yaxşısı olmaz. Ümumiyyətlə,onları tanımasanız sizin üçün daha yaxşı olardı deyə bilərik. Çünki , o kişilərdən sizə heç bir fayda gəlməz. Odur ki, onları həyatınızdan çıxarın. Bir kişilə görüşürsünüz və onunla uzun münasibətə girmək barədə tərəddüd keçirisinizsə, məsləhətləri diqqətlə oxuyun.


Ev telefonunu problem edirsə
 
Yeni tanış olduğunuz insanlara telefon nömrəsini verməmək təbii haldır. Lakin sevgiliniz ev telefonunu sizə vermək istəmir və naz edirsə, ehtiyatlı olun. Çünki belə kişilərə heç etibar yoxdur.

Cavablardan qaçırsa
 
Bəzən qarşınızdakı insana soruşduğunuz sullara verdiyi cavablar sizə müəmmalı gəlir və daha çox sual vermək məcburiyyətində qalırsınız. Sevgiliniz həmin suallardan qaçırsa və ya cavab vermək istəmirsə, deməli, gizlətdiyi məqamlar var. Sizdən nələrisə gizlədirsə...

Planların qəflətən dəyişiləməsi
 
Sevgiliniz görüş dəqiqələrinə yaxın zəng vurub sizə işi çıxdığını deyirsə, burda ürəkaçan heç nə yoxdur. Əlbəttə, hanısa vacib işi çıxa bilər. Lakin bu hərəkəti tez-tez təkrarlayırsa, ondan ayrılmağınızı məsləhət görürük. Ya da etdiyi hərəkətin eynisini özünə qarşı edin.

Dostları ilə tanış etmirsə
 
Sevgiliniz və onun dostları ilə birlikdə harasa getməyi planlaşdırdınız lakin hər dəfə bir problem çıxır, sizin tanışlığınız alınmır. Ya da sizin onlarla tanış olmaq istəmədyinizi deyirsə, diqqətli olun! Çünki özü haqqında olan bəzi məqamları sizdən gizlətmək üçün tanışlığınıza razı olmur. Dostlarından onun haqqında məlumat soruşub öyrənməyinizi istəmir. Kişini yaxından tanımağın ən yaxşı üsulu isə dostları ilə tanış olmaq və mümkün qədər daha çox məlumata sahib olmaqdır.

ŞƏRH YAZIN