Onların bir birlərində axtardıqları özəlliklər ...

0
1577
Onların bir birlərində axtardıqları özəlliklər ...

 Hər kəs uğurlu və xoşbəxt münasibət üçün münasib insan axtarışındadır. Münasib insanı tapdıqdan sonra da onunla eyni yola çıxmaq üçün səbəblər... Yaxşı bəs, cütlüklər bir birlərində nə axtarar???


Zarafat qabiliyyəti: Bir qadını və ya kişini güldürə bilmək, ürəyinin yarısını da qazanmaq deməkdir. Zarafat qabiliyyəti çox yüngül amma təsirli bir silah, kiçik amma hər şeyi bir anda dəyişdirə biləcək bir detaldır. Ağıllıca edilən zarafatlar, söhbətin səmimiləşməsini təmin edəcək ən təsirli üsuldur.

Gülümsəmə: Qadınların kişilərdə axtardıqları ən əhəmiyyətli xüsusiyyətlərdən biri də gülərüzdür. Gülümsəmə, sizi cazibədar edən ünsürlərdən biridir. Üzünüzü işıqlandıran isti bir gülüş, onu əldə etmənizi təmin edəcək. Nəticə, qəti və tezdir. Üstəlik gülümsəməniz sizin nə hiss etdiyinizi bütün sözlərdən daha yaxşı izah edər. Əgər xoşbəxtsinizsə, birindən xoşunuz gəlirsə, aşiqsinizsə və ya onun üçün dəli olursunuzsa, bunu tək söz belə demədən yalnız bir gülümsəmə ilə elan edə bilərsiniz.

Təbiilik: Bütün cazibədarlığınızı olduğunuz kimi göstərə bilsəniz, yəni təbii ola bilsəniz, qətiliklə qarşınızdakını təsir edə bilərsiniz. Həyatı və insanları sevmək, həyat enerjisi və həyəcan kişiləri də qadınları da özünə çəkir. Üstəlik heç səy sərf etmədən, təbii bir şəkildə...

Sürprizlər: Qadınların da, kişilərin də surprizlərdən xoşu gəlir. Xüsusi günləri fürsət bilib, ona xoşbəxt olacağı hədiyyələr hədiyyə edin. Verəcəyiniz hədiyyənin içinə romantik bir şeir ya da eşqinizi zarafatlı bir şəkildə ifadə edəcək kiçik bir kart əlavə etməyi də unutmayın. Nə qədər təsirli olduğunu görəcəksiniz.

Doğru hədiyyələr: Qadınlara və kişilərə ən doğru hədiyyəni seçmək, onun ürəyini on ikidən vuracaq. Qadınları çiçək, ətir və gözəl qablanmış bir şokolad təsir edəcəyi kimi, kişiləri isə qələm və qalstukla təsir edə bilərsiniz.

ŞƏRH YAZIN