Qarşınızdakı İnsan Bədən Dili İlə Sizə Nə Deyir?

0
1795
Qarşınızdakı İnsan Bədən Dili İlə Sizə Nə Deyir?

Qarşımızdakı insanın yalan danışdığını, bizə zərər verməyə çalışdığını ya da duyğusal olaraq yaxın hiss etdiyini istifadə etdiyi kəlimələrdən çox üz ifadələrindən, səs tonundan, əl hərəkətlərindən, yəni bir sözlə, bədən dilindən başa düşə bilərsiniz.

UCLA (University of California Los Angeles) Psixologiya fakültəsinin professoru Albert Mehrabian, apardığı araşdırmalar nəticəsində insanların qarşılarındakı şəxslər haqqındakı düşüncələrində 55% bədən dilinin təsiri olduğunu söyləyir. Bədən dilini 38%-lə səs tonu izləyir. Qarşımızdakı insanın istifadə etdiyi sözlərin o insan haqqındakı düşüncələrimiz üzərindəki təsiri isə yalnız 7% təşkil edir. Bəs qarşımızdakı insanın bədən dilini necə oxuya bilərik? Bədəndəki hansı vəziyyət hansı mənanı ifadə edir?
1.Gülümsəməsi saxta olan insanların göz kənarlarında qırışıqlıqlar olmaz.
2.Qaşların yuxarı qalmış olması qarşınızdakı insanda sıxıntı və narahatlıq olduğunu ifadə edir.
3.Qarşınızdakı insanın səs tonunun fərq edilə biləcək şəkildə enib qalxması, sizdən xoşunun gəlməsini göstərir.
4.Əgər qarşınızdakı insan siz danışarkən etdiyiniz hərəkətləri təqlid edirsə, bu sizi diqqətlə dinlədiyini göstərir.
5.Göz kontaktı qurmaq, qarşınızdakı insanın sizinlə müsbət ya da mənfi bir səbəbdən maraqlandığını göstərir.
6.Qarşınızdakı insan sizinlə danışarkən çox uzun müddət göz kontaktı qurursa, böyük bir ehtimalla yalan danışır.
7.İnsanın göstərdiyi coşqun bir duruş və ya poz, özünü güclü və uğurlu hissetdiyinin siqnalıdır.
8.Ayaq ayaq üstünə atmaq çox vaxt mübarizənin və meydan oxumanın göstəricisidir. 
9.Tez-tez dəyişən jest və mimikalar, sağlam və müsbət bir ünsiyyətin göstəricisidir.
10.Qarşınızdakı insan yanınızda sizinlə bərabər qəhqəhə çəkirsə, sizi mənimsəmiş və qəbul etmiş deməkdir.
11.Möhkəm bir çənə, boyun və qaldırılmış qaşlar, stressin göstəricisidir.
12.Danışarkən əlləri geniş bir sahədə hərəkət etdirmək avtoritar bir görüntü, qarşınızdakı insanın lider ruhlu biri olduğunu göstərir.
13.Ayaqların titrəməsi stress, qayğı və narahatlığı bildirir.
14.Qolların sinədə qovuşdurulması, qoruyucu bir duruşda olduğunuzu və qarşınızdakı insana güvənmədiyinizi göstərir.
 
 
Tərcümə edən: Cəlalə Yəhyalı

ŞƏRH YAZIN