Kişilər Qadınlardan Niyə Ayrılırlar?

0
4058
Kişilər Qadınlardan Niyə Ayrılırlar?

Kişilər qadınlardan müxtəlif səbəblərdən ayrılarlar. Bu səbəblər əsasən bunlardır: sevgi çatışmazlığı, başqasını sevmə, uzun və davamlı əlaqə qura bilməmək, cinsi əlaqələrin yetərsizliyi, şorgözlük və ya partnyorları dəyişmək istəyi.

Bunlardan ən önəmlisi isə sevginin azlığıdır. Sevgisinin azaldığını ya da tamamilə bitdiyini hiss edən hər hansı bir kişi, hər şey yolundaymış kimi davranıb əlaqəyə davam etmək yerinə adil davranaraq əlaqəyə son verir. Kişilər, sevdikləri qadının onlara qarşı sevgisinin azaldığını hiss edəndə də münasibətlərə xitam verə bilərlər.

Qadın tərəfindən aldadılan kişi, ya əlaqəsini davam etdirərək “buynuzları” qəbul edəcək, ya da könülünü başqa birinə verəcəkdir. Sevən bir qadın üçün isə, bunların hər ikisi çətindir. Amma yenə də ədalət əvvəl-axır qalib gələcəkdir. Ayrılığın ağrı-acısı bir müddət sonra keçər, amma aldadılmanın neqativ təsiri bir ömür boyu insanın qəlbində yaşayacaqdır.

Kişilərin çoxu, bir qadınla sevgi münasibətində olarkən daxilən narahat olmağa başlayırlar. Belə vəziyyətdə evlilik qorxusu onları daim təqib edir. Əlaqənin formatını dəyişmədən, nişanlanmaqdan və evlilikdən söhbət düşmədən ayrılmağa tələsərlər. Bir çox macərapərəst kişilər isə, uzunmüddətli əlaqənin təkrarlanan mənzərələrindən sıxıldıqları üçün əlaqəni bitirmək istəyirlər. 

Cinsi əlaqədən qaçan və bu işdən zövq almayaraq sevişən qadınlar tərəf müqabillərinə xoşbəxt anlar bəxş edə bilməzlər. Seks, qadın-kişi münasibətlərini həyəcanlı və qaçınılmaz edən ən mühüm şərtdir. Sevgili olan qadın, yataqda kişini mütləq təmin etməlidir. Əgər bir kişinin uğursuz bir seks həyatı varsa, o mütləq ayrılacaqdır.

Başqa qadınları arzulama,  daha öncə dediyimiz kimi, kişilərin fundamental istəyidir və bunun kökü vəhşi təbiətə gedib çıxır. Kişilərin əksəriyyəti həyatlarını, tək bir qadınla birlikdə keçirmək fikirini əsla qəbul edə bilmirlər. Bu səbəblə bitən evliliklər az deyil. Ümumiyyətlə, gənc yaşda evlənən və qadın düşkünü olmamış kişilər, müəyyən bir müddət sonra öz axtarışları səbəbiylə arvadı ilə narazılıqlara başlayırlar. Məhz  bu vəziyyətdə ayrılıq da qaçılmaz olur.

 

"Ehtiras və Məqsəd" romanından

ŞƏRH YAZIN