10 məşhurdan təşəbbüskarlara ünvanlanan müdrik sözlər

0
2264
10 məşhurdan təşəbbüskarlara ünvanlanan müdrik sözlər

1. Steve Jobs – Apple Qurucu Ortağı 
“Bu həyatda zamanınız məhduddur. Onu başqasının həyatını yaşayaraq xərcləməyin. Başqa kəslərin düşüncələriylə yaşanan həyat, doğmaların tələsinə düşmək deməkdir. Başqa insanların fikirlərinin səs-küyünün öz ürəyinizin səsini eşitmənizэ maneə törətmənizə icazə verməyin. Ən əhəmiyyətlisi isə ürəyinizin və hisslərinizin yolundan gedəcək cəsarətə sahib olun. Ürəyiniz və hissləriniz nə etmək istədiyinizi bilərlər. Bunun xaricindəki hər şey təfərrüatdır.”

2. Walter Elias – Walt Disney Qurucu Ortağı
“Arxasından gedəcək cəsarətiniz varsa, bir gün bütün xəyallarınız gerçək ola bilər.”

3. Richard Branson – Virgin Group Ümumi Başçısı
“Ən böyük motivasiyam özümə yalnız özümü rəqib olaraq görməyimdir. Mənə görə həyat hər gün yeni bir şey öyrəndiyim uzun bir universitet təhsilidir.”

4. Oprah Winfrey – Media sahəsində Məşhur
“Bir şeyi istədiyinizi və ya bir şeyə inandığınızı təyin etdiyinizdə bunu ilk eşidən sizsiniz. Bu sizə və digərlərinə, nəyin mümkün olacağına dair bir mesajdır. Edə biləcəklərinizi əsla məhdudlaşdırmayın.”

5. Bill Gates – Microsoft Ümumi Başçısı
“Müvəffəqiyyəti qeyd etmək yaxşıdır. Amma müvəffəqiyyətsizliklərdən alınan dərsləri yaxşı öyrənmək daha əhəmiyyətlidir.”

6. Henry Ford – Ford Mühərrik Qurucusu
“Müvəffəqiyyətsizlik, yenidən və daha ağıllıca başlaya bilmə fürsətindən başqa bir şey deyildir.”

7. Larry Page – Google Qurucu Ortağı
“Fikirinizi inkişaf etdirə bilmək üçün 100 insan işlədən bir şirkətə ehtiyacınız yoxdur.”

8. Warren Buffet – Berkshire Hathaway Ümumi Başçısı və CEO-su
“Etibar qazanmaq 20 il davam edər, etibar itirmək isə 5 dəqiqə. Bunun haqqında düşünsəniz, edəcəyiniz işi daha fərqli şəkildə edərsiniz.”

9. Russell Simmons – Def Jam Records Qurucusu
“Vizionumu genişlətməmə köməkçi olan və məndən daha ağıllı hesab olunan insanları taparaq müqəddəs hesab edildim.”

10. Jeff Bezos: Amazon Ümumi Başçısı və CEO-su
“İnsanların etdiyi ən böyük səhv - maraq/əlaqələrini çəkdiyini düşündükləri şeylər üzərində özlərini məcbur etməkdir. İnsanlar ehtiraslarını seçməz, ehtiraslar insanları seçər.”
 

ŞƏRH YAZIN