Bu Sözlər Motivasiya Edir!

0
2194
Bu Sözlər Motivasiya Edir!

-Məqsədimiz mümkünsüzü mümkün etmək,mümkünü asan etmək,asanı da zərif və zövqlü etmənin yollarını tapmaqdır. (Dr.Feldenkrais)
-Kifayət qədər səbəbiniz varsa,hər şeyi edə bilərsiniz. (Jim Rohn)
-Həyatdan qorxmayın uşaqlar.Yaxşı və doğru bir şeylər etdiyiniz zaman həyat elə gözəl ki!  (Dostoyevski)
-Insanoğlunun içində yatan güclər vardır,özü bilsə çaşar.Çünki bu güclərə sahib olduğu ağılından belə keçməz.Bu gücləri oyandırıb hərəkətə keçirə bilən adamın həyatında böyük bir inqilab olar. (Svit Marden)
-Xariqüladə şeylər,ancaq içlərindəki bir şeyin,şərtlərin üzərində olduğuna inanma cəsarətini göstərənlər tərəfindən edilmişdir. (Brus Barton)
-Həyat bir velosipedə minmək kimidir.Pedalı çevirmeye davam etdiyiniz müddətcə düşməzsiniz. (Klaud Pepper)
-Ümidlə yol getmək gediləcək yerə çatmaqdan daha gözəldir. (Luis Stivenson)
-Bir işi doğru etmək,nə üçün yalnış etdiyini izah etməkdən daha az zaman aparır. (Henri Vodsvorz)
-Dualarınıza diqqət edin.Həyata keçə bilər. (Emerson)
-Məşğul ol,didin,düşün,axtar,tap,qaç.Dayanmaq zamanı keçdi,çalışmaq zamanıdır.(Tofiq Fikrət)
-Statistika nə desə desin.Hər vəziyyətdə müvəffəqiyyətə gedən bir yol vardır. (Bemard Segen)
-Insana olanlar deyil,o insanın içində olanlar əhəmiyyətlidir. (Luis Mann)
-Mənfi düşünən adam,çiy bir yumurtanı bütün halda qabığıyla udmuş bir adama bənzəyir.Yumurtanın qırılacağı qorxusuyla hərəkət edə bilməz ,cücə çıxacağı qorxusuyla da hərəkətsiz dayana bilməz. (Rus Atalar sözü)
-Yalnız işsiz olanların deyil,daha yaxşısını edə biləcək,amma etməyənlərin də başı boşdur. (Sokrat)
-Batan günəş üçün ağlamayın.Yenidən doğulduğunda nə edəcəyinizə qərar verin. (Deyl Karnegi)

 

Korrektə etdi: Günel İbadova

ŞƏRH YAZIN