Konfutsidən Həyat Dərsi

0
13366
Konfutsidən Həyat Dərsi

Filosof Konfutsidən 10 həyat dərsi

- Dayanmadığınız təqdirdə sizin nə qədər yavaş getməyiniz zəruri deyil.

- Heç vaxt özünüzdən daha yaxşı olmayan bir kəslə dostluq etməyin.

- Qəzəbləndiyin zaman nəticələr (işin nəticəsi) barədə düşün.

- Hədəflərə çatmağın qeyri-mümkünlüyü aydın görünürsə, hədəfləri  deyil, hərəkətləri təshih edin.

- Əgər nifrət edirsənsə, deməli, səni məğlub ediblər.

- Nəcib insan özünə, zəif (aşağı keyfiyyətli) insan isə başqalarına qarşı tələbkarlıq göstərər.

- Hər nə işlə məşğul olursunuzsa, bunu ürəkdən edin.

- Xırdaçılıqda hövsələsizlik göstərmək əhəmiyyətli işi məhv edər.

- Əgər kürəyinə tüpürürlərsə, deməli, sən öndəsən.

- Nifrət etmək asan, sevmək isə çətindir. Həyatımızdakı bir çox şeylər məhz bunun üzərində durub. Yaxşılıqlara yetişmək çətin, hər hansı bir pisliyi əldə etmək isə olduqca asandır.

- Mən insanların yaxşılığı (xeyirxahlığı) gözəlliyi sevdikləri kimi sevdiklərini görmədim.

- Özünüzə qarşı sərt, başqalarına qarşı mülayim olun. Belə etməklə siz özünüzü insanların düşmənçiliyindən qorumuş olarsız.

- Ağılsız şəxs – insanların onu tanımamasından, müdrik şəxs isə insanları tanımamasından şikayətlənər.

- Yaxşılığa yaxşılıqla, pisə ədalətlə cavab ver.

- İntiqam alırsan – iki qəbir qaz.

- Etmək gərəkəni bilmək və bunu etməmək ən pis qorxaqlıqdır.

- Əvvəllər insanların sözlərinə qulaq asar və onların əməllərinə inanardım. İndi isə, insanların sözlərinə qulaq asır və onların əməllərinə baxıram.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN