Məşhur Rəssamdan Nələr Öyrənə Bilərik?

0
5246
Məşhur Rəssamdan Nələr Öyrənə Bilərik?

XX əsrin ən qüdrətli və məşhur rəssamlarından biri olan Pablo Pikassonu bilməyən yoxdur.O,həyatın hər cür sınağından keçərək bu yerə gəlib çıxıb.
“The Times” jurnalı 2009-cu ildə onu son 100 ilin ən qüdrətli rəssamı adlandırmışdır.Onun uğur yolunu təkrarlamaq bəlkə də, mümkün deyil,amma Pikassodan çox şey öyrənmək olar.

Bu məqalədə dahi sənətkarın daimi yaratmaq və yaşamaq haqqındakı fikirlərini oxuyacaqsınız.
1.Uğur əldə etmək üçün inanmaq lazımdır.
“Uğur əldə edənlər yalnız qabiliyyətlərinə inananlardır.Bu dəyişməz və müzakirə olunmaz qanundur.”
Əminlik nəticəni nəzarət altında saxlayır.Əgər siz bacarmayacağınızı düşünürsünüzsə,çox güman ki,həyəcənlanacaq və səhvlər edəcəksiniz.Digər tərəfdən isə əgər siz özünüzə inanırsınızsa,hadisələr siz istədiyiniz yöndə istiqamətlənəcək,bu zaman nə ağlayıb-sızlanmağa,nə də həyatdan giley-güzar etməyə ehtiyac qalacaq.Nəticədə isə uğurlar və imkanlar yağışdan sonrakı göbələk kimi meydana çıxacaq.

2.Bilik və bacarıqlarınızın sərhədlərini genişləndirin.
“Öyrənmək üçün həmişə bacarmadığımı edirəm”
İnkişaf üçün hər zaman irəliyə doğru getmək lazımdır.Bu bir az qorxuducu ola bilər.Bu məsələ ilə bağlı verə biləcəyim ən yaxşı məsləhət: Mümkün qədər mənfi fikirləri azaldın.Nə qədər ki,bu fikirlər sizdən uzaqdır fikrini bir yerə cəmləmək,arzu olunan nəticəni əldə etmək,istədiyini öyrənmək də bir o qədər asandır. 

3.İlham üçün gözləməyin,başlayın.
“Sabaha yalnız ömrünüzün sonuna qədər bitirmək istəmədiyiniz işi saxlayın.Zəhmət uğura açılan əsas qapıdır”
Zəhmətsiz istənilən məlumat faydasızdır.Bu şəxsi inkişafın unudulan və ya imtina olunan əsas hissəsidir.Bəzən addım atmaq çox çətin olur və insana elə gəlir ki,bu “doğru” an deyil.Lakin çox çalışmaq bir çox şeyi dəyişə bilər.Bu müvəffiqiyyət əldə etməyin əsas yoludur.

5.Düzgün suallar verin.
“Çoxları mövcud olanı görüb səbəblərini soruşurdu.Mən isə ola biləcəkləri gördüm və niyə də olmasın,dedim”
Özünüzə yanlış cavabları olan,sizin səriştəsiz,axmaq və ya haqsız olduğunuzu göstərən suallar vermək asandır.Özünüzə qapıları bağlayan yox,onları açan suallar verin.Demək olar ki,bütün vəziyyətlərdə siz eyni sualı özünüzə verə bilərsiniz: Bunda yaxşı nə var axı?Bu fikirlərinizi və əhval-ruhiyyənizi sürətli dəyişmək üçün yaxşı yoldur.

6.Mühakimə etməyin, yalnız o zaman siz gizli gözəlliyi görə bilərsiniz.
“Kaş düşüncəsindən azad olun”
Bu günlə yaşayın,belə olduqda siz daha az təhlil və mühakimə edəcəksiniz.Bu günlə yaşayanda adi həyat qeyri-adi kimi görünür.İnsanlarda və təbiətdə daha çox rəng,daha çox canlılıq görəcəksiniz.Adi və məntiqli görünən hər şey bir anda çox dəyərli və möhtəşəm olur.Sanki dünyaya daha aydın baxışlarla baxırsınız.

7.Həyatdan zövq almaq heç vaxt gec deyil.
“Gəncliyin yaşı yoxdur”
Başqalarının yaşınıza görə sizə nəyi bacarıb-bacarmayacağınızı diktə etməsinə imkan verməyin.Yaş yalnız beyninizin dərin künclərində bir elementdir.Əgər siz həytınıza vaxt kəsiyi kimi baxırsınızsa,onda nəyisə dəyişmək üçün artıq gecdi,amma “bu günlə” yaşamağı öyrənə bilsəniz,bu cür düşüncələrin özü sizi tərk edəcəkdir.Elə həmin anda siz “BU GÜN” nə edəcəyinizi müstəqil seçə biləcəksiniz.

 

Korrektə etdi: Günel İbadova

ŞƏRH YAZIN