Motivasiyanı Təmin Etmək- 2-Ci Hissə

0
2282
Motivasiyanı Təmin Etmək- 2-Ci Hissə

Dərs motivasiyasına aid yazılmış məqalələrin birində motivasiyanı təmin etmək üçün bəzi qaydalar qeyd etmişdik.Əgər dərs mövzusunda motivasiya əskikliyi duyursunuzsa o zaman aşağıdakı qaydalar sizə kömək edəcək:
-İşinizdə müxtəlifliyə yer verin.Uzun müddət eyni dərsi çalışmaq həm darıxdırıcı,həm də yorucu ola bilər. Yorulduğunuzu, sıxıldığınızı və diqqətinizin dağıldığını hiss etdiyiniz zaman başqa bir dərsi çalışmağa başlayın. Beləliklə həm aktiv bir istirahət təmin edəcək həm də diqqətinizi təkrar toplaya biləcəksiniz.
-Ümumiyyətlə,insanın bir mövzu üzərinə maksimum diqqət müddəti 25 dəqiqədir. Lakin 25 dəqiqədə bir fasilə verə bilməzsiniz. Ancaq hər 25-30 dəqiqədə bir masadan qalxıb, bir neçə addım atıb,dərin nəfəs alıb 1-2 dəqiqədə təkrar dərsə dönməniz diqqətinizi canlı tutacaq
-Izləməyi çox istədiyiniz bir film varsa,özünüzə həftəlik bir hədəf təyin edib hədəfinizə çatdığınızda kinoya getməyi özünüzə mükafat olaraq verin. 
-Yaxşı vərdişlər əldə edin, pis vərdişləri isə işin başındaykən tərk edin.Bir işi iradənizi istifadə etmədən etmək istəyirsinizsə,onu vərdiş halına gətirin.
-Planlı dərs çalışmaq, erkən qalxmaq, kitab oxumaq vs. çətinliklə əldə ediləcək vərdişlər ola bilər, ancaq çətinliklə də olsa israrla 20-30 dəfə bunları təkrarlasanız vərdiş halına gəldiyini görəcəksiniz.Ancaq unutmayın ki, pis vərdişlər də eyni yolla yerləşər. Pis vərdişlərin daha başındaykən fərqinə varın və vərdiş halına gəlmədən onlardan əl çəkin.

 

Korrektə etdi:Günel İbadova

 
 

 

ŞƏRH YAZIN