Bir Qayğı Hekayəsi: Uzun Saqqalın Sirri

0
5270
Bir Qayğı Hekayəsi: Uzun Saqqalın Sirri

Möhtəşəm ağ saqqalıyla məşhur bir alim bir axşam üstü Şirazın dar küçələrində gedirmiş. Düşüncə içində yox olarkən , onunla lağ edən bir izdihamla qarşılaşır . Qrupun içində ən cəsur adam önə çıxıb, başını əyərək alimi salamlayır və belə söyləyir:
- "Böyük usta, mən və yoldaşlarım bir mövzuda mərcə gəldik. Xaiş edirəm bizə söylə, gecə yatdığında saqqalın harada dayanır? yorğanın üstündəmi yoxsa altındamı? "
Alim, düşüncələrindən sıyrılıb, təəccüb içində baxıb və nəzakətli cavab verib:
- "Bilmirəm. Heç düşünmədim. Diqqət edəcəyəm. Sabah məni burada eyni saatda gözləyin. Sizə o zaman söyləyəcəyəm. "
Alim gecə olub yatağına uzandığında, yata bilmədiyini fərq edir. Alnını qarışdırıb saqqalını qoyduğu yeri düşünür. Yorğanın üstünəmi? altınamı? ancaq yaddaşı cavab verə bilmirmiş. Sonda bir sınaq etməyə qərar verir. Saqqalını yorğanının üstünə qoyur və yatmağa çalışır. Lakin bir daxili narahatlıq onu bürüyür. Bu, həqiqətən, doğru mövqedirmi? Əgər doğru mövqedirsə niyə hələ yata bilmirəm? bu düşüncəylə saqqalını yorğanın altına qoyur. Lakin bunun da faydası olmayıb. Yuxusu yenə gəlmir .
- "Bu şəkildə də ola bilməz" nəticəsinə gəlir .
Saqqalını təkrar yorğanın üzərinə çıxarır .Bütün gecə bu şəkildə mübarizə aparır saqqal əvvəl yorğanın üstündə, sonra altında bir an belə yata bilmir. Ertəsi axşam gənc su satana yaxınlaşır və belə söyləyir:
- "Gənc dostum, hər zaman bu möhtəşəm saqqalımla yatır və hər dəfə şirin yuxudan zövq alırdım. Lakin məndən soruşduğun andan etibarən yata bilmirəm. Suala cavab verməyim önəmsizdir, alimliyimin görkəmi, soylu həyatın işarəsi olan saqqalım artıq mənə yadlaşdı. Bundan sonra bir daha onunla özümü rahat hiss edə bilərəmmi, bilmirəm. "
 
Tərcümə etdi : Qurbanova Fatimə

ŞƏRH YAZIN