Yeni Bir İş Axtarışı

0
1810
Yeni Bir İş Axtarışı

Bir yerdə çalışarkən, bir tərəfdən də yeni bir iş axtarmaq bəzi insanlara pis təsir edə bilər, özünüzü günahkar kimi hiss edə bilərsiniz. İşdə sizdən davamlı olaraq nəsə istəyən müdiriniz və heç bitməyən görməli olduğunuz işlər siyahısı artıq dözülməz bir həddə gəlibdirsə, o zaman yeni bir iş axtarışına başlaya bilərsiniz. İş axtarmağınız üçün işdən çıxmaq mütləq deyildir. Bunu işiniz ola-ola da edə bilərsiniz. İş axtarışı müddəti həmişə stressli olur, lakin bizim sizə iş axtarma müddətini asanlaşdıracaq təkliflərimiz var:

Özünüzü günahkar hiss etməyin

İnsanların 30 il eyni firmada çalışaraq təqaüdə çıxdığı illər çox geridə qalıb. İş axtarmaq artıq həyatın bir hissəsinə çevrilib. Müdiriniz ya da iş yoldaşlarınız da sizin etdiyinizi edə bilərlər, yəni özünüzü sədaqətsiz bir işçi kimi hiss etməyinizə heç bir səbəb yoxdur. Özünüzə, yeni işinizin sizə daha yaxşı bir həyat təqdim edəcəyini və kariyeranızdakı inkişafınızı təmin edəcəyini xatırladın. 

İşlərinizi düzgün planlaşdırın

Müsahibəyə gedəcəyiniz yer onsuz da sizin hər hansı bir şirkətdə çalışdığınızın fərqində olacaqdır. Bu səbəbdən səhər erkən ya da axşam iş çıxışına yaxın saatlarda görüş tələb etməyinizin heç bir qorxusu yoxdur. İş görüşmənizi iş saatlarından kənarda təyin etsəniz, çalışdığınız yerdə də buna görə problem yaşamazsınız. Əgər görüşməyə gedəcəyiniz yer sizdən inadla uyğun olmadığınız gün və saatda görüş tələb edirsə və bunun sizin üçün uyğun olmadığını dediyiniz halda heç bir anlayış göstərmirsə, belə bir yerdə çalışmaq istəyib istəmədiyinizi dəqiq düşünün.

Zamandan doğru istifadə edin

İdeal bir dünyada yaşasaydıq, istədiyiniz danışıqlara gedə bilmək üçün 1 günlük işdən icazə alardınız və eyni gündə bir neçə iş görüşməsində müəyyən fasilələrlə iştirak edərdiniz. Beləliklə, sizə fiziki və ruhi olaraq dincəlməyə zaman qalardı. Amma real həyatda hər hansı bir iş görüşməsinə gedə bilmək üçün ya nahar vaxtını qurban verməli, ya da həkimə qəbulunu bəhanə etməli olursunuz. Əgər gedəcəyiniz yeri dəqiq tanırsınızsa kütlvi nəqliyyat vasitəsi əvəzinə taksidən istifadə etməyiniz daha yaxşı olardı. 

Çalışarkən qarşılaşdığınız iş elanları ilə tanış ola və bunu qiymətləndirərək özünüzə daha uyğun olan işi tapa bilərsiniz. 

Sizə karyeranızda uğurlar! 

ŞƏRH YAZIN