Yeni iş yerini qiymətləndirmək üçün cavablandırmalı olduğunuz 15 sual

0
790
Yeni iş yerini qiymətləndirmək üçün cavablandırmalı olduğunuz 15 sual

1. Yenicə işə başlayacağınız şirkət ürəyinizcədirmi?

Karyera haqqında baxışlarınızın gələcək müdirinizin fikirləri ilə üst-üstə düşdüyündən əmin olun.

2. Siz kiçik yoxsa böyük şirkətdə işləməyə üstünlük verirsiniz?

Böyük şirkətdə işləmək sizə bu üstünlükləri qazandırır: təlim proqramlarının geniş spektri, karyerada yüksəliş, əlavə ödənişlər və güzəştlər. Kiçik şirkətlərin işçilərə qazandırdığı üstünlüklər sırasına isə bunlar daxildir: daha çox səlahiyyət və məsuliyyət, rəhbərlik ilə sıx əlaqələr, şirkətin uğurlu inkişafını təmin etmək məqsədilə gördüyünüz işlərin mahiyyətini anlamaq imkanı.

3. Siz gənc yoxsa daha böyük təcrübəyə malik olan şirkətdə işləməyə üstünlük verirsiniz?

Biznesin formalaşdırılmasına yardım etmək olduqca maraqlıdır. Lakin bu tipli şirkətlərin etibarlılıq dərəcəsi o qədər də yüksək deyil. Buna baxmayaraq, risk etməyə dəyər: əgər şirkət uğur qazanarsa, o zaman siz ona bu yolda kömək etmiş bir əməkdaş kimi mükafatlandırılacaqsınız. Əgər bu hadisənin tam əksi yaşansa, o zaman siz işdən ayrılmalı olacaqsınız. Bundan əlavə, siz uğur qazanmaq şansı yüksək olan kiçik şirkətlərdə də işə başlaya bilərsiniz.

4. Bu sahədə işləməkdən məmnunsunuzmu? Bu sahədə öz potensialınızı nümayiş etdirmək imkanınız varmı?

Hətta şirkət və həmkarlar sizi tam şəkildə qane etsə belə, gündəlik vəzifələriniz sizə yük olursa, o zaman siz özünüzü bədbəxt hiss edəcəksiniz. Bu səbəbdən də müsahibə zamanı gələcək vəzifələriniz barədə sual ünvanlamaqdan çəkinməyin.

5. Sizin işiniz şirkətin uğur qazanmasına nə dərəcədə kömək edir?

Görəcəyiniz işin şirkət üçün nə dərəcədə əhəmiyyətli olduğunu özünüz üçün aydınlaşdırmağa çalışın.

6. Sizi qane edən iş qrafiki hansıdır?

Əksər işçilər 8 saatlıq, 5 günlük iş qrafiki üzrə işləyirlər. Bəziləri isə hətta gecələr, istirahət və bayram günlərində də işləməli olurlar. Bu səbəbdən də hansı qrafikin sizə daha çox uyğun gəldiyi barədə ətraflı düşünün.

7. Adətən, əməkdaşlar bu şirkətdə nə qədər müddət çalışırlar?

Müsahibə zamanı şirkətin nümayəndələri hesab olunan şəxslərə fikir verin. Onların xoşbəxt və öz işlərindən məmnun olub-olmadıqlarını müəyyənləşdirin.

8. Bu şirkət sizi hansı karyera imkanları ilə təmin edə bilər?

Perspektivli iş imkanları dedikdə, yeni vərdişlərə yiyələnmək, gəliri artırmaq, karyera pilləkənində irəliləmək və məsuliyyət dairəsinin genişlənməsi nəzərdə tutulur. Perspektivlər olmadıqda isə iş mühitində potensialın nümayiş etdirilməsi ehtimalı azalır, işçilər məyusluq hissi keçirir və həvəsdən düşürlər.

9. Yeni işinizin perspektivli tərəfləri hansılardır?

Müdirinizdən gələcəkdə vəzifənizdə yüksəliş olub-olmayacağını soruşun. Ona bu sualları ünvanlayın: Əgər mən uğurla öz fəaliyyətimi davam etdirsəm, o zaman vəzifəmdə yüksəliş əldə edə bilərəmmi? Əgər yüksəliş olacaqsa, bunun üçün nə qədər müddət tələb olunur? Mən öz şöbəmə aid olmayan digər bir vəzifə üzrə namizədliyimi irəli sürə bilərəmmi yoxsa sizin şirkətinizdə bu yolverilməzdir?

10. Bu, uzunmüddətli karyera addımıdır?

Əgər deyilsə, o zaman bu vəzifə sizə nə təklif edə bilər? Təcrübə və işgüzar əlaqələr? Siz özünüzü sırf bu istiqamət üzrə təkmilləşdirməyə nə qədər müddət sərf etmək istəyirsiniz? Bu sualları cavablandırmaqla siz şirkətdə arzuladığınız karyera zirvəsinə yüksəlib-yüksəlməyəcəyinizə dair fikir sahibi olacaqsınız.


11. Siz şirkətin sizin üçün nəzərdə tutduğu öhdəlikləri hər gün yerinə yetirərkən özünüzü xoşbəxt hiss edəcəksinizmi?

Əgər içinizdə az da olsa şübhə varsa, o zaman bu iş yerini seçməyin. Çünki tam ürəkdən istəmədəyiniz bir işə razılıq verməklə, siz sözün əsl mənasında risk edirsiniz: Unutmayın ki, bir səhər oyanıb işə getmək istəməyə bilərsiniz.


12. Şirkətin sizdən gözlədiyi nədir?

Yenicə işə başladığınız dövrdə öz bilik və bacarıqlarınızı həddindən artıq şişirtməyin. Çünki zaman keçdikcə sözlərinizin nümayiş etdirdiyiniz işgüzar fəaliyyətlə uyğunsuzluq təşkil etməsi, rəhbərliyin sizi vəzifənizdən kənarlaşdırmasına səbəb ola bilər.


13. Bu şirkətdə işləmək sizə qürur hissi yaşadacaqmı?

Bu suala verdiyiniz cavab şirkətin bazarda nə dərəcədə uğurlu fəaliyyət nümayiş etdirdiyinin göstəricisidir. Bu məsləhəti diqqətdən qaçırmayın: sualı cavablandırarkən intuisiyanıza əsaslanın.


14. İşləyəcəyiniz ofisin interyeri sizi qane edirmi?

Adətən, ofisin interyeri işçilərin ürəyincə olmur. Məsələn, əgər böyük və açıq ofislərdən xoşunuz gəlmirsə, o zaman davamlı telefon zəngləri və əməkdaşların yüksək səslə söhbət etməsi sizi narahat edə bilər və bu səbəbdən daim stress vəziyyətində işləyə bilərsiniz.


15. İş prosesində yarana biləcək potensial problemləri əvvəlcədən hiss edə biləcəksinizmi?

Əgər cavabınız bəlidirsə, o zaman həmin problemlərin öhdəsindən gəlmək üsullarını da düşünməlisiniz.


 

ŞƏRH YAZIN