Mövlana İlə Yaşam Koçluğu

0
931
Mövlana İlə Yaşam Koçluğu

Əsrlər əvvəllər mürşidlər yaşayırmış. Onlar, Mövlana kimi insanlara yol göstərər və rəhbərlik edirmişlər. Bu gün isə insanlara yol yoldaşlığı edən modern mürşidlər, insanları indi olduqları yerdən olmaq istədikləri yerə çatmaqlarına kömək edən insanlardır. Ancaq indiki mürşidlər, bu işi əsrlər əvvəl Mövlana kimi ustadlardan fərqli edirlər.

Yazılar, insanların həyatında əhəmiyyətli dərəcədə dəyişikliyə səbəb olurlar. Belə bir söz vardır ‘’Yazı oxa bənzər, yaydan atdıqda harada dayanacağını və kimə dəyəcəyini bilməzsən’’. Məsnəvi, fərdi inkişaf mənasında bənzərsiz bir əsərdir. Fərdi inkişaf, özünü tanıma, özünü anlama, özünü tərbiyəetmə, özünü ifadəetmə kimi mənalar daşıyırsa, bu mənada məsnəvi ən yaxşı yol göstəricisidir. Mövlana, Məsnəvidə əvvəlcə ‘’özünə doğru yola çıx’’ deyib. Hz. Məhəmməd, ‘’kim özünü tanıyarsa, Rəbbini də tanıyar’’ deyib. Özünü tanımağın yaradanı tanımaq olduğunu izah edir. Mövlana ‘’bildiyin və dəfələrlə getdiyin yolda bələdçi olmazsa, həmin yolda çaşarsan. Özünə gəl. Heç bilmədiyin o yolda, yalnız getmə, əsla yol göstərəndən üz döndərmə’’  deyərkən, əslində, koçluğu əsrlər əvvəllər insanlara izah etmişdir. 
 
Öz dəyərlərimizi və seçimlərimizi nəzərdən keçirsək, Mövlananın bu sözlərinə bir nəzər salaq:
 
‘’Haqqdan üz döndərdin və getdin. Doğru yolu tapa bildinmi? Yola gəl. Doğru yolu itirmə. Yolun uzundur. Ardımca gəl və yolu öyrən ’’.
 
Biz inandığımız hər şeyin həqiqət olduğunu düşünərik. Dünyada 7 milyarda yaxın insan var. Bu insanların hər biri fərqli düşünür. Bunlardan hansı həqiqətdir? Beynimiz saniyədə milyardlarla mesaj alır. Müəyyən bir qismini də, müəyyən səbəblərə görə silir. Bunun adı hissləri seçicilikdir. Seçiciliyə səbəb ehtiyaclarımız, əvvəldən yaşadıqlarımız, öyrəndiklərimiz və b. bir çox şeyləri ümumiləşdirməyə başlayarıq. Məsələn, ‘’İngilislər, çox soyuq insanlardır’’. Neçə ingilis tanıyırsınız? Neçə ingilislə qarşılıqlı münasibətdə olmusunuz? Bunların hər biri qavrama qabiliyyətimiz və baxış bucağımızla əlaqədar inanclarımız və dəyərlərimizə görə necə məna yükləsək, elə də davam edər.
 
Məsnəvidə danışılan bir hekayəni paylaşım. Hz. Ömərin xəlifəliyi dövründə, bir adam Ramazan hilalını gördüyünü deyir. Hz. Ömər də həmin adama belə deyir: ‘’saçını, qaşını, saqqalını düzəldib bir də bax’’. Yaşlı adam onu dediyini edər və indi görmədiyini deyər. Çünki, onun gördüyü, gözünün üstünə düşən qaşının tükü imiş və ona hilal kimi görsənmiş. O da hilal gördüyünü zənn etmiş. Bizim də elə zənn etdiyimiz o qədər elə şeylər var ki, bu səbəbdən də bir çox peşmanlıqlar yaşayırıq. 
İnandıqlarımız, hər zaman gerçək olmaya bilər. Çünki o, bizim inandıqlarımız və düşüncələrimizdir. Halbuki, bizim düşüncələrimizə uyğun gəlməsə belə, insanları tənqid və mühakimə etmək yerinə, sevgi insanı Mövlana kimi hər kəsin fikrinə hörmətlə yanaşmaq lazımdır.  
 

Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN