Yapon Fəlsəfəsi

0
5444
Yapon Fəlsəfəsi

Yapon Firmalarında İdarəetmə  və Müvəffəqiyyətin Sirləri.
Yaponiya iqtisadi cəhətdən dünyanın ən önəmli güc mərkəzlərindən biridir.Texnoloji üstünlüklərini,hər sahədə dahicəsinə inkişaf etdirərən yapon firmaları, mövcud dünyada sarsılması qeyri-mümkün olan bir imperiya qurublar.Bəs yapon firmalarının uğurlarının təməlindəki sirr nədir?
Əslində,kiçik bir araşdırmayla bunu anlamaq heç də çətin deyildir.İşgüzar rəhbərlik üslubu,şəffaflıq,bərabərlik,maddi imkanlar və ən vacibi "daimi məşğulluq" anlayışları bu müvəffəqiyyəti izah edir.Yüksək səviyyədə təşkil edilmiş “firma-işçi” münasibətləri və insanların işlədikləri firmaları bir ailə təşkilatı kimi görmələri,davamlı olaraq yüksək məhsuldarlığın təminatçısıdır.
Yapon idarəetməsinin möhtəşəm uğurlarını nəzərə alaraq,bu sistemin bəzi sirlərini sizə açıqlayırıq:
Müasir dünyada yapon şirkətlərinin müvəffəqiyyəti heyrətamizdir.Xüsusilə avtomobil, elektrik və elektronik sahələrdə yapon şirkətlərində müşahidə olunan inanılmaz artım tempi bütün dünyanın marağına səbəb olmuşdur.Uğurlu yapon idarəetməsinin sirlərini öyrənərək,tətbiq etmək çox faydalıdır.Hal-hazırda dünyanın bir çox iri şirkətləri Yaponiyadakı şirkətlərin sturukturunu, iş sistemini və qaydalarını dərindən öyrənirlər.Yapon şirkətlərini müvəffəqiyyətə aparan şey, ayrı-ayrılıqda nə insan faktoru, nə də sistemdir.Yapon idarəetməsindəki müvəffəqiyyətin sirri "təşkilat mədəniyyəti" və ya "təşkilat iqlimi"ndə axtarılmalıdır.Təşkilat mədəniyyəti bir təşkilatdakı bütün ünsürləri ehtiva etməkdədir : rəhbərlik, işçilər, iş alətləri və ya texnika, sistem, ətraf mühit və s.
Bu ünsürlərin heç biri tək başına bir təşkilatı uğurlara apara bilməz.Yaxşı yetişmiş, səriştəli insan gücü, özünə dəyər verməyən, motivasiyanı yüksəltməyən, təqdir etməyən və mükafatlandırmayan bir idarəetmədə yüksək performans göstərə bilməz.Rəhbərliyin vizion və missiya sahibi olması çox vacibdir.Vizion olmadan missiya olmaz,missiya olmadan da reallaşdırılması nəzərdə tutulan hədəfə, yəni viziona çatmaq olmaz.
Təşkilatda qurulmuş sistem və bu sistemin qaydaları çox mühümdür. Qaydaların açıq və ədalətli müəyyən olunmadığı heç bir təşkilatdan möcüzəvi bir müvəffəqiyyət gözləmək olmaz.Yaxşı bir oyun üçün həm oyunçuların, həm də oyunun qaydalarının yaxşı olması lazımdır.Xülasə, keyfiyyətli insan resursları və keyfiyyətli sistem olmadan yüksək performans və müvəffəqiyyət xəyaldan başqa bir şey deyildir.
KAIZEN 
Yaponiyada fəaliyyət göstərən təşkilatları analiz edən mütəxəssislər, bu ölkədə kadrların və sistemin keyfiyyətinə xüsusi önəm verildiyini bildirirlər.“Yapon idarəetməsi” anlayışında şirkət mədəniyyətində 7 qanun çox əhəmiyyətlidir. Bu yeddi qanunun birincisi və mənə görə ən vacibi “Kaizen” fəlsəfəsidir. Kaizen, yapon dilində "davamlı inkişaf" deməkdir. Uğur, yalnız bir dəfə baş tutarsa, əldə edilən mənfəət də bir dəfəyə məxsusdur. Tədrici inkişaf isə, asta və daimi inkişafdır. Vacib olan isə, əvvəlcə təşkilat iqliminin bütün ünsürlərini tanımaq və buna inanmaqdır. Bundan sonra sürətli və radikal dəyişiklik lazımlıdır. Bu radikal dəyişikliyin nəticəsi olaraq təşkilat performansında "sıçrama" baş tutacaqdır.Bu mərhələ, sonu olan bir mərhələ deyildir və fasilə vermədən bu inkişaf performansını davam etdirmək lazımdır.Bunun üçün də “Kaizen” fəlsəfəsinə inanmaq lazımdır.
KESSAI
Yaponiyada mədəniyyətində ikinci əhəmiyyət daşıyan ünsür “Kessai”dir.Bu anlayış, idarəetmə elmində "qrup çalışması" və "sinerjik idarəetmə" olaraq bilinən fəlsəfəni ifadə edir.Kessai, təşkilatda komanda işini, konsensusa əsaslanan qərar vermə qanununu,işçilərini,prosesisnin hər səviyyəsində qərar qəbul etmə prosesinə cəlb edilməsini,dialoq və ünsiyyətə önəm verilməsini təklif edir.
 KAISHA (KYOSEI)
Yapon idarəetməsinin uğurlarının üçüncü sirri, yaponların “Kaisha” və ya “Kyosei” adlandırdıqları fəlsəfədir. Kyosei, yaponca "ortaq həyat" mənasını verir, yəni, hər bir şirkətdə ailə həyatına bənzər həmrəylik mövcud olmalıdır. Yaponlar, işlədikləri şirkəti, ikinci ev olaraq görürlər. Şübhəsiz ki, ailədə xoşbəxt olmayan bir uşağın yaşadığı evi tərk etməsi kimi, işlədiyi təşkilatdan məmnun olmayan bir işçinin işdən ayrılması da labüddür. Ancaq burada vacib olan "müştəri məmnuniyyətindən" əvvəl "işçilərin məmnuniyyəti" dir. İşçilərinin xoşbəxt olmadığı bir şirkətdə müştəriləri də məmnun etmək çətindir.Bu səbəbdən əvvəlcə işçilərə bir insan olaraq dəyər verilməlidir.
POKA YOKE
Yaponların “Poka Yoke” adını verdikləri anlayış çox əhəmiyyətlidir.Poka Yoke, səhvin qarşısını almaq üçün tədbir görməkdir. Poke Yoke, iş prosesində məhsulun dizaynını səhvsiz yaratmağa çalışmaq mənasına verir.
JIDAKO
Jidako,istehsalatda səhvləri araşdıran mexanizmə verilən addır.Bu mexanizm, istehsal prosesində səhvlər müəyyən olunarsa, istehsalın avtomatik olaraq dayandırılmasını təmin edir.Yaponların problemi əvvəlcədən həll etmək üçün istifadə etdikləri bu anlayış, şirkətlərə uğur qazanmaq üçün təxmin edildiyindən də çox zəruridir.Bu mexanizm, təşkilatdakı israfçılığı  minimuma endirərək, fəaliyyəti və məhsuldarlığı artırır. Amerikalılar, son illər bu anlayışa "sıfır səhv cərəyanı" adını vermişlər. İdarəetmə problemləri üzrə Filip Krosbi adlı bir mütəxəssis, bu cərəyanın ABŞ-dakı qabaqcıllarından biri kimi tanınır.
HOSHIN
Yapon idarəetmə mədədniyyətində önəm daşıyan digər bir qanunu "Hoshin" anlayışı ilə ifadə edilir. Hoshin, planlı rəhbərliyi ifadə edir. Yaponların bu anlayışı, idarəetmə elmində "Strateji Rəhbərlik" adı altında tədqiq olunur.
 DONTOTSU
Yaponların şirkət mədəniyyətində “Dontotsu” adı verilən qanun çox önəmlidir.Dontotsu, "yaxşıların yaxşısı"nı tapmağa çalışmaq və təşkilata uyğunlaşdırmaq mənasını verir. Müvəffəqiyyət qazanmış şirkətləri tanımaq,onlardan yeni şeylər öyrənmək və bunları tətbiq etmək, tətbiq olunan firmada performans səviyyəsinin yüksəldilməsinə xidmət edir. Axır zamanlar, manecmentdə bu qanun "benchmarking" adı ilə tanınır və şirkətlərdə uğurla tətbiq edilir.İndi dünyanın qabaqcıl şirkətləri, yaponların Dontotsu adını verdikləri üsulu tətbiq etməyə çalışırlar.

 
 "Cazibə Qüvvəsi" Fərdi İnkişaf Jurnalı
 
  Korrektə etdi:Günel ibadova 
 

ŞƏRH YAZIN