Qərb Universitetində NLP seminarı keçirilib

0
2091
 Qərb Universitetində NLP seminarı keçirilib

Fevralın 27-də Qərb Universitetində neyro linqvistik proqramlaşdırma mövzusunda təlim keçirilib

Qərb Universitetində Neyro Linqvistik Proqramlaşdırma üzrə tanınmış Master Trener  Babək Bayramovun seminarı keçirilib.
“Universitetdən zənginliyə gedən yol” adı altında keçirilən motivasiya seminarında  trener mövzu ilə bağlı elmi araşdırmalar, eləcə də neyro linqvistik proqramlaşdırma texnikaları barədə məlumat verib.
İnteraktiv üsulda aparılan seminarda təlimçi effektiv öyrənmə, davranış qəlibləri və ünsiyyət keyfiyyətinin yaxşılaşdırılması üçün hansı səylərin vacib olduğunu şərh edib, praktik nümunələri diqqətə çatdırıb. 
 
Qeyd edək ki, dünyada ən faydalı təlim paketlərindən olan NLP təlim proqramı - biznes aləmi, səhiyyə, təhsil, fərdi inkişaf və ailə daxili ünsiyyət sahələrində istifadə edilir.

ŞƏRH YAZIN